İş Təsviri
Honours Academy
Sizi necə bir vəzifə gözləyir:
Tələbələrlə fərdi və məqsədyönlü karyera görüşləri keçirmək
CV, LinkedIn, müsahibəyə hazırlıq və digər praktiki bacarıqlarla bağlı həm fərdi, həm də qrup dəstəyi təqdim etmək
Tələbələrin təlim nəticələrinə əsasən onları uyğun iş imkanları ilə əlaqələndirmək və nəticələri izləmək
Tələbələrin işlə təminatı üçün yeni şirkət partnyorları ilə əlaqə yaratmaq və əməkdaşlıqlar qurmaq
B2B əsaslı əməkdaşlıqların təşkili, namizəd seçimlərinin əlaqələndirilməsi və partnyor məmnuniyyətinin izlənilməsi
HDC komandasına (HR, təlim, tələbə əlaqələri və analitika) rəhbərlik etmək, iş bölgüsü və performans takibini həyata keçirmək
Keyfiyyətə nəzarət mexanizmləri qurmaq və tələbə yönümlü xidmətlərin davamlı inkişafını təmin etmək
Struktur planlamalar, fəaliyyət göstəriciləri və hesabatlarla bağlı rəhbərliklə sıx əlaqədə işləmək
Əgər siz:
Tələbələrin inkişafına töhfə verməyi əhəmiyyətli hesab edirsinizsə
B2B münasibətlər qurmaqda və idarə etməkdə təcrübəniz varsa
Komanda idarəetməsi və strateji planlama sizə yad deyilsə
Həm peşəkar, həm də şəxsiyyət baxımından ilhamverici bir lider olduğunuzu düşünürsünüzsə
…sizi komandamıza dəvət edirik.
Tələblər:
Ali təhsil və rəhbərlik təcrübəsi (təhsil və ya HR sahəsində üstünlükdür)
Tələbə və ya müştəri yönümlü fəaliyyətlərdə minimum 3 il təcrübə
Analitik və sistemli düşüncə tərzi
İctimai çıxış və effektiv yazışma vərdişləri
İstirahət günü:
İstirahət günləri həftəiçi təyin edilir.
Təklif etdiyimiz imkanlar:
Dəyərlərə əsaslanan iş mühiti və sosial təsir imkanları
Rəqabətli əməkhaqqı və nəticəyə əsaslanan bonuslar
Komanda rəhbəri kimi peşəkar inkişaf fürsətləri
Daxili təşəbbüslərə real təsir etmək imkanı