İnsan Resursları departamenti, Kadr işinin təşkili bölməsinin aparıcı eksperti

Müraciət sonu: İyun 19, 2025
İndi Müraciət Et

İş Təsviri

Bank of Baku

Vəzifə öhdəlikləri:

Personal əməliyyatlarına dair bütün sənədləşmə proseslərinin Əmək qanunvericiliyinə uyğun olaraq ƏMAS və daxili sistemdə icra olunması;
Məlumat bazasının düzgün və vaxtında yenilənməsi ,uçotunun aparılması;
Əməkdaşların şəxsi işlərinin formalaşması və yenilənməsində dəstək göstərilməsi;
Birbaşa rəhbərinin göstərişi ilə banka aidiyyəti olan şəxslərin siyahısının hazırlanması və mütəmadi olaraq yenilənməsi;
Əmək müqavilələri, departamentin Əsasnaməsi, habelə fəaliyyətinə dair digər bankdaxili korporativ aktların tələblərinə uyğun olaraq digər funksiyaların yerinə yetirilməsi
Tələblər:

Hüquq, İqtisadiyyat, İnsan resursları sahələrində ali təhsil;
Kadr işinin təşkili üzrə 2-4 il iş təcrübəsi;
Azərbaycan Respublikasının Əmək Məcəlləsi üzrə yüksək səviyyədə biliklər;
Bank qanunvericiliyi üzrə bililərə malik olması üstünlük hesab olunur.
Biz sizə nə təklif edirik?

Karyera inkişafı üçün əlverişli iş mühiti;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuğu tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta paketi;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.