İş Təsviri
Azərbaycan Təlim və İnkişaf Mərkəzi
ISO 9001:2015 Keyfiyyəti İdarəetmə Sistemləri üzrə Beynəlxalq Təlim Proqramı üçün Qeydiyyat Başladı! “BÖYÜK YAY KAMPANİYASI” başladı !
Siz də iş dünyasında fərq yaratmaq, şirkətinizi beynəlxalq standartlara uyğunlaşdıraraq mükəmməllik zirvəsinə çatdırmaq və rəqabət üstünlüyü əldə etmək istəyirsinizsə, bu unikal proqram məhz sizin üçündür!
ISO 9001:2015 – dünyanın 180-dən çox ölkəsində, 4 milyondan çox təşkilatın etibar etdiyi dünya səviyyəsində tanınan keyfiyyət idarəetmə sistemi standartıdır. Bu sistem müştəri məmnuniyyətini artırmaqla yanaşı, müəssisələrin effektivliyini və rəqabət qabiliyyətini ən yüksək səviyyəyə qaldırır.
Proqram modulları:
Modul 1: Keyfiyyəti İdarəetmə Sistemlərinə Baxış
ISO 9001:2015-in əsas prinsipləri və biznes üçün əhəmiyyəti.
Keyfiyyət idarəetmə sistemlərinin tarixi və müasir dövrdə tətbiqi.
Modul 2: Proses Yanaşma
Proseslərin idarə edilməsində optimal həllər və onların real tətbiqi.
Müəssisə daxilində proses xəritələrinin yaradılması.
Modul 3: PDCA Modeli
Planla, Yerinə Yetir, Nəzarət Et və Təkmilləşdir tsiklinin müxtəlif sahələrdə tətbiqi.
Modul 4: SWOT Analizi
Müəssisənin güclü və zəif tərəflərini, imkanlarını və təhlükələrini dərindən araşdırmaq.
Strateji qərar qəbulunda SWOT-un təsiri.
Modul 5: Keyfiyyət Siyasəti
Müasir biznes tələblərinə cavab verən keyfiyyət siyasəti hazırlamaq.
Modul 6: Liderlik və Keyfiyyət
Liderlik prinsiplərinin keyfiyyəti idarəetmə proseslərindəki rolu.
Modul 7: Müştəri Məmnuniyyətinin İdarə Edilməsi
Müştəri təcrübəsini dərinləşdirmək üçün innovativ yanaşmalar.
Müştəri ehtiyaclarını düzgün müəyyənləşdirmə üsulları.
Modul 8: Risklərin İdarə Olunması
Risk idarəetmə strategiyalarının təhlili
Modul 9: Keyfiyyət sahəsində məqsədlər
Məqsəd və resursların uyğunlaşdırılması üçün metodlar.
Modul 10: Sənədləşməmiş informasiya
Sənədləşməşmiş informasiyanın tərtibi və izlənməsi
Modul 11: Dəyişikliklərin İdarə Edilməsi
Dəyişikliklərin tətbiqi və uyğunlaşma üsulları.
Modul 12: Uyğunsuzluqların İdarə Edilməsi
Uyğunsuzluqların aşkarlanması və aradan qaldırılması üçün qabaqcıl üsullar.
Müəssisənin keyfiyyət standartlarına uyğunluğunun təmin edilməsi.
Modul 13: Daxili Audit
Effektiv daxili audit prosedurlarının qurulması.
İstehsalat və xidmət sektorunda daxili audit nümunələri.
Modul 14: Rəhbərlik Təhlili
Rəhbərlik tərəfindən aparılan təhlillərin effektivliyi.
Strateji inkişaf planlarının təhlillər əsasında qurulması.
Modul 15: Daimi Yaxşılaşdırma
Davamlı yaxşılaşdırma metodlarının sistemə inteqrasiyası.
Təlimçi: Elnar Alıyev
Keyfiyyət və Müştəri Məmnuniyyəti Sahəsində 10 ildən çox Təcrübəyə Sahib, ISO 9001:2015, ISO 10002:2018 və ISO 22000:2018 üzrə ekspert və konsultant
Elnar Alıyev, keyfiyyət idarəetmə sistemləri və müştəri məmnuniyyəti sahəsində qabaqcıl mütəxəssis və təlimçidir. ISO 9001:2015, ISO 10002:2018, və ISO 22000:2018 üzrə dərin biliklərə malikdir və 10 ildən çox təcrübəsi ilə iş dünyasında keyfiyyətin idarə olunması və müştəri məmnuniyyətinin artırılması sahəsində irəliləyişlərə imza atmışdır.
“Azaflı” Hüquq və Konsultasiya Mərkəzi, “ATEF” Şirkətlər Qrupu, “Ulfanoğlu” Hüquq Bürosu, CONNECT QSC və BAKU MEDICAL PLAZA kimi məşhur təşkilatlarda çalışmış və bu təşkilatların keyfiyyət idarəetmə sistemlərinin inkişafında mühüm rol oynamışdır. Hal-hazırda, ŞAM-Fİ şirkətində Keyfiyyət İdarəetmə Sistemləri üzrə aparıcı ekspert kimi fəaliyyət göstərir .
Proqrama nələr daxildir ?
Proqramda iştirak ( əyani və ya online )
Swat analizlər,təhlillər,keyslər üzərində iş ( tək və qrup şəklində)
Proqram təminatı-rəsmi tərcümə və slayd ( çap və pdf formatda)
Coffee break,networking – TƏCRÜBƏ imkanı
İmtahanda iştirak
Global Akkreditasiyalı Sertifikat ( DSR CERTİFİCATİON – Exemplar Global,İAF-İAS,Türk Akkredite Kurumu kimi nüfuzlu qurumlar tərəfindən tam akkreditasiya olunmuşdur. Əldə edəcəyiniz beynəlxalq sertifikat dünyada keçərlidir.)
Proqram müddəti – 8 saat – 2 həftə ( Proqram həftədə 2 dəfə 2 saat olmaqla həftə içi və ya həftə sonu tədris olunur).
Xüsusi qeyd: Azərbaycan Təlim və İnkişaf Mərkəzi tərəfindən “BÖYÜK YAY KAMPANİYASI ENDİRİMİ ” başlamışdır.Beynəlxalq proqram üçün ödəniş 250 azn deyil endirimlə 150 azn təşkil edir. Proqrama qoşulacaq olan ilk 100 nəfər bu möhtəşəm endirim kampaniyasından yararlana biləcəkdir. Son 45 yer mövcuddur.
Proqrama həm əyani həm də online şəkildə qoşulmaq mümkündür. ( Bölgələrdə yaşayan şəxslər tam online şəkildə GOOGLE MEET platforması üzərindən qoşula biləcəkdir)
GROUP – KİS 017, 018,19 və 20-ci qrupları üçün qeydiyyat BAŞLAMIŞDIR və YERLƏR MƏHDUDDUR. Endirimdən yararlanmaq üçün bu fürsəti qaçırmayın. Bu böyük yay endirim kampaniyasından yararlanmaq üçün TƏLƏSİN.
Gələcəyin Keyfiyyətli Lideri olmaq üçün elə indi müraciət edə bilərsiniz.
Endirimli kampaniya və qeydiyyat üçün son müraciət tarixi – 10 iyul 2025-ci il
Qeydiyyat üçün müraciət
Əlaqə vasitələri: +994 51 570 19 29 (zəng və ya whatsapp)
Sosial media hesabları: atim.edu.az
Rəqəmsal əlaqə vasitələri – atim.azerbaijan@gmail.com info@atim.az
Ünvan – BASE BUSİNESS PLAZA – Həsən Abdullayev 19- İçərişəhər metrosuna 10 dəqiqəlik məsafə (2-ci mərtəbə)