İSTİSMAR XİDMƏTLƏRİ ÜZRƏ TEXNİK (HAVALANDIRMA)

May 22, 2025
AZN900 - AZN1000
Vaxtı bitib.

İş Təsviri

PASHA Property Management

İş barədə məlumat
– İş qrafiki: 2 gün iş, 2 gün istirahət gwnw 08:00-dan 20:00-dək və ya 20:00-dan 08:00-dək
– İş yeri: Bakı şəhəri

İşin təsviri:
– Ventilyatorlara, kondisionerlərə və mühərriklərə texniki xidmət göstərmək;
– Suyun və havanın keyfiyyət, kəmiyyət, hərarətini test etmək və ölçmək;
– Müvafiq sistemlərin və aksessuarların təmizləmək və onlara texniki xidmət göstərmək;
– Zədələnmiş hissələrin təmir etmək yaxud dəyişdirmək;
– Bütün mexaniki avadanlıqlarda profilaktik təmir işləri aparmaq;
– Hava çıxışlarını (jalyüzlər, məhəccərlər, diffuzorlar) təmizləmək;
– Bütün nasazlıqlar barədə nəzarətçilərə xəbər vermək;
– Sifariş edilməli olan cihazlar və ehtiyat hissələri barədə rəhbərliyi məlumatlandırmaq;
– Mebellər, otaqlar (alçıpan və divar kağızları) və avadanlıq daxil olmaqla, binanın səthlərinin rəngləmək, texniki xidmət göstərmək və təmir etmək;
– İşçiyə təhkim edilmiş alət və avadanlıqları təmizləmək, texniki qulluq etmək və saz vəziyyətdə saxlamaq;
– Verilmiş digər müvafiq tapşırıqları yerinə yetirmək.

Namizədə tələblər
– İşində cəld və məsuliyyətli olmaq;
– Komanda ilə işləmə bacarığı;
– Mexanik kimi minimum 3+ il iş təcrübəsi;
– AHU, Çiller, Fankoyl sistemləri ilə işləmə bacarığı;
– Havalandırma sahəsində iş təcrübəsi;
Böyük biznes mərkəzlərində iş təcrübəsi üstünlükdür.

Müraciət etmək istəyən namizədlər CV-lərini mövzu hissəsində “İstismar xidmətləri üzrə texnik (havalandırma)” qeyd etməklə Nigar.Samadli@pashaproperty.az e-mail ünvanına göndərə bilər.