İş Təsviri
Bank of Baku
Vəzifə öhdəlikləri:
Test planlarını nəzərdən keçirmək və onlara töhfə vermək;
Tələbləri, istifadəçi hekayələrini və qəbul meyarlarını, spesifikasiyaları və test əsaslarını təhlil etmək, nəzərdən keçirmək və qiymətləndirmək;
Test ssenariləri və test prosedurlarını dizayn etmək və həyata keçirmək;
Təfərrüatlı test icrası cədvəlini yaratmaq;
Testləri yerinə yetirmək, nəticələri qiymətləndirmək və gözlənilən nəticələrdən kənarlaşmaları sənədləşdirmək;
Testin gedişatı hesabatlarının və test xülasə hesabatlarının hazırlanmasında iştirak etmək;
Test prosesini asanlaşdırmaq üçün müvafiq alətlərdən istifadə etmək;
Lazım olduqda testləri avtomatlaşdırmaq (Avtomatlaşdırma mütəxəssisləri tərəfindən dəstək görsədilə bilər).
Tələblər:
Ali təhsil (informasiya texnologiyaları, iqtisadiyyat sahələri üzrə olmaqla);
Müvafiq sahə üzrə ən azı 1 illik davamlı iş təcrübəsi;
Azərbaycan dili (İngilis, Rus dili – arzuolunan);
Proqram təminatı testi üzrə biliklər;
Proqram və sistemlərin memari cəhətləri haqqında biliklərə sahib olmaq, onların iş prinsiplərini anlamaq, müxtəlif alət və texnologiyaların təyinatlarını başa düşmək və onlardan istifadə etmək;
Texniki sənədlərlə işləmə bacarığı;
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.