Kiçik həcmli texnikalar və generatorların baş mexaniki

May 20, 2025
Müraciət sonu: İyun 19, 2025
İndi Müraciət Et

İş Təsviri

North West Construction

Vəzifə öhdəlikləri:

Generatorların texniki vəziyyətinə nəzarət etmək.
Generatorların iş rejiminə uyğun olaraq planlı texniki xidmət göstərmək.
Nasazlıqları vaxtında müəyyən edib aradan qaldırmaq.
Ehtiyat hissələrinin sifarişi və dəyişdirilməsinə nəzarət etmək.
İşçilərə texniki təhlükəsizlik qaydalarını izah etmək və onlara əməl olunmasını təmin etmək.
Generator yağı, yanacaq və soyutma sisteminin işlək vəziyyətdə olmasını təmin etmək.
Texniki heyətin işini təşkil etmək və nəzarət altında saxlamaq.
Təlimlər keçərək işçilərin bilik və bacarıqlarını artırmaq.
Alternativ enerji mənbələrinin qoşulmasına nəzarət etmək
Tələb olunan Bacarıq və Təcrübə:

Ali və ya orta texniki təhsil (elektroenergetika, elektrik mühəndisliyi və ya uyğun sahə üzrə)
Generatorların texniki xidmət və təmiri sahəsində ən azı 3 il praktiki iş təcrübəsi
Dizel və ya benzinlə çalışan generatorların quruluşunu, iş prinsiplərini və nasazlıqlarını yaxşı tanımaq
Planlı texniki xidmət və nasazlıqların aradan qaldırılması proseslərini bilmək
Ehtiyat hissələrinin seçilməsi, sifarişi və dəyişdirilməsinə nəzarət bacarığı
Yanacaq, yağlama və soyutma sistemlərinin işini izləmək və düzgün işləməsini təmin etmək bacarığı
Texniki heyətin fəaliyyətini təşkil etmək və nəzarət altında saxlamaq təcrübəsi
Təhlükəsizlik qaydaları üzrə biliklər və işçilərə bu sahədə təlim keçə bilmək qabiliyyəti
Alternativ enerji mənbələri (günəş panelləri, UPS, inverterlər və s.) ilə işləmək və onların qoşulmasına texniki nəzarət etmək təcrübəsi üstünlük sayılır
Texniki sənədlərlə işləmək və hesabat vermək bacarığı
Operativ, məsuliyyətli və texniki yenilikləri izləyən biri olmaq