Kimyəvi qatqıların qatılması üzrə fəhlə

Müraciət sonu: İyun 19, 2025
İndi Müraciət Et

İş Təsviri

Norm OJSC

İş yeri: Qaradağ rayonu, Qobustan qəsəbəsi (Quru qarışıqlar istehsalı)

Tələblər:

Orta təhsil (texniki peşə təhsili üstünlükdür);
Tikinti sahəsində, xüsusilə sənaye və istehsalat obyektlərinin inşasında minimum 1 il iş təcrübəsi;
Sahədə operativ qərarvermə və problemlərin həll etmə qabiliyyəti;
Yüksək məsuliyyət, dəqiqlik və iş intizamı.
Vəzifə və Öhdəliklər:

Tələb olunan kimyəvi qatqıların müəyyən edilmiş miqdarda hazırlanması və əlavə olunması;
Qatqıların dozalanması və qarışığa əlavə olunması zamanı istifadə olunan avadanlıqların işə salınması, tənzimlənməsi və nəzarətdə saxlanılması;
İstehsalat avadanlıqlarının təmizliyinə və işlək vəziyyətdə saxlanmasına nəzarət etmək;
İstehsalat prosesində kimyəvi qatqılarla bağlı qeyri-adi hallar barədə dərhal rəhbərliyə məlumat vermək;
Əmək təhlükəsizliyi, yanğın təhlükəsizliyi və ətraf mühitin mühafizəsi qaydalarına riayət etmək;
Qatqıların saxlanma müddətinə və istifadəyə yararlılıq tarixlərinə nəzarət etmək, vaxtı keçmiş maddələri ayırmaq və rəhbərliyə bildirmək;
Fövqaladə vəziyyətlərdə (yanğın, zəlzələ, sel, güclü külək və s.) təxliyyə plana uyğun hərəkət etmək;
Rəhbərlik tərəfindən verilən digər tapşırıqlar..