Komplayns üzrə aparıcı mütəxəssis

Müraciət sonu: İyul 12, 2025
İndi Müraciət Et

İş Təsviri

YIĞIM Payment System

Vəzifə öhdəlikləri:

Şirkətin fəaliyyəti üzrə mövcud qanunvericilik, tənzimləyici aktlar və daxili normativ sənədlərə uyğunluğun təmin edilməsi;
ƏL/TMM qanununa əsasən prosedurlarının tətbiqi və yoxlanması
Risklərin azaldılması məqsədilə hüquqi və normativ tələblərə riayət olunmasına nəzarət;
Daxili nəzarət və komplays şöbəsinin siyasət və prosedurların hazırlanmasında iştirak etmək, onların qanunvericiliyə uyğunluğunu yoxlamaq;
Yeni məhsul və xidmətlərin hüquqi uyğunluğunu qiymətləndirmək və rəy vermək;
Nəzarət orqanları (Mərkəzi Bank, Maliyyə Monitorinq Xidməti və s.) ilə yazışmalar və hesabatların hazırlanması;
Komplayns risklərinin təhlili və bu risklərin idarə olunması üçün tədbirlərin təklif edilməsi;
Şirkətin əməkdaşlarının Komplayns qaydalarının tətbiqi və prosedurların məlumatlandırılması və təlimatlandırılması proseslərində iştirak;
Daxili audit və yoxlamalar zamanı dəstək göstərmək və tövsiyələrin icrasına təmin etmək.
Namizədə tələblər:

Hüquq ixtisası üzrə ali təhsil;
Bank və ya maliyyə sektorunda, xüsusilə hüquq və komplayns sahəsində minimum 2 il iş təcrübəsi;
Azərbaycan Respublikasının bank qanunvericiliyi və beynəlxalq komplayns standartları üzrə biliklər;
Risk, audit, daxili nəzarət və ƏL/TMM sahəsində sertifikatın olması
Analitik düşünmə qabiliyyəti, detallara diqqət və yüksək peşəkarlıq;
Güclü yazılı və şifahi ünsiyyət bacarığı (Azərbaycan dilində sərbəst, ingilis və rus dili üstünlükdür);
Yüksək məsuliyyət və müstəqil qərarvermə bacarığı.
Tələblər:

Hüquq və ya əlaqəli sahə üzrə ali təhsil
Bank və ya maliyyə sektorunda komplayns sahəsində minimum 2-5 il iş təcrübəsi
Azərbaycan Respublikasının maliyyə inistitutlarına dair qanunvericiliyini dərindən bilmə
ƏL/TMM üzrə bilik və təcrübə
Yüksək analitik düşüncə və detallara diqqət
Müstəqil və komandada işləmək bacarığı
Azərbaycan dilində səlis, ingilis və rus dillərində işgüzar ünsiyyət bacarığı arzuolunandır