İş Təsviri
Logi Group
İş barədə məlumat
Vəzifə öhdəlikləri:
– Bakı şəhəri və regionlarda yerləşən obyektlərlə görüşlərin təşkili
– Təhlükəsizlik sistemləri üzrə təkliflərin hazırlanması və təqdim olunması
– Müştəri bazasının genişləndirilməsi və davamlı əlaqələrin qurulması
– Networking klublarda iştirak edərək şirkətin xidmətlərinin tanıdılması
– Ezamiyyətlərdə iştirak etmək
İş rejimi və şərtlər:
– İş günləri: Bazar ertəsi – Cümə
– Şənbə günü: 14:00-dək
– Satışdan əlavə bonus sistemi tətbiq olunur
– Əmək haqqı: Müsahibə əsasında müəyyən ediləcək + bonuslar.
Namizədə tələblər
– Ali təhsil
– Təhlükəsizlik sistemləri sahəsində satış üzrə biliklərə malik olmaq (kameralar, domofonlar, giriş-çıxış sistemləri və s.)
– Ümumi texnoloji biliklərə sahib olmaq
– Yüksək ünsiyyət və təqdimat bacarıqları
– Ezamiyyətə getmək imkanı
– Təcrübəsiz namizədlər müraciət etməsin