İş Təsviri
Novator HRC
Vəzifə və Öhdəliklər:
Kimyəvi yuyucu və dezinfeksiyaedici vasitələrin, təmizlik avadanlıqlarının, maşınların, gigiyenik kağızların və digər təmizlik məhsullarının tanıtımı və soyuq satışı;
Yeni müştərilərin tapılması və partnyor şəbəkəsinin genişləndirilməsi;
Təyin olunmuş satış planlarının icrası;
Müştərilərlə vaxtında görüşlərin təşkili, sifarişlərin toplanması;
Müştərilərdən ödənişlərin qəbul edilməsi;
Yeni məhsulların ticarət nöqtələrində təqdimatı;
Mövcud müştəri bazasının inkişaf etdirilməsi və əlaqələrin gücləndirilməsi;
Gündəlik fəaliyyət barədə satış müdirinə hesabat vermək.
Tələblər:
Ali təhsil;
Şəxsi avtomobil və sürücülük vəsiqəsi mütləqdir;
Soyuq satış sahəsində (xüsusilə təmizlik/gigiyena məhsulları) azı 1-3 il iş təcrübəsi;
Cins: Kişi;
Yaş: 21–33;
Azərbaycan dilini səlis bilməli
Ofis proqramlarında işləmək bacarığı (MS Word, Excel və s.);
Yüksək kommunikasiya, təqdimat və satış bacarığı;
Məsuliyyətli, intizamlı və nəticəyə yönəlik çalışmaq bacarığı.
Aktiv alış və müştəri ilə ünsiyyət bacarığı
İş Şərtləri:
Rəsmi əmək müqaviləsi (Azərbaycan Respublikası Əmək Məcəlləsinə uyğun);
Həftədə 1 gün istirahət;
Yanacaq xərcləri qarşılanır
Nahar və avtomobil amortizasiya xərcləri qarşılanmır;
Effektiv çalışan əməkdaşlar üçün karyera yüksəlişi və daxili inkişaf imkanları mövcuddur;
İş yeri: Bakı;
Əmək haqqı: 900 – 1100 AZN + limitsiz bonus (təcrübə və performansa əsasən dəyişir).