İş Təsviri
International Bank of Azerbaijan
Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.
“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:
Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
peşəkar kollektivdə çalışmağın üstünlüyü;
yüksək komanda ruhunda əməkdaşlıq;
karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:
Rəqabətə davamlı məhsulların yaradılması üçün komanda daxilində yeni tendensiya və imkanlarla bağlı aydın baxışın müəyyən edilməsi;
Komanda daxilində qarşılıqlı əlaqə və bilik mübadiləsi prosesinin qurulması;
İstiqamətə aid olan risklərin müəyyən edilməsi və eskalasiya olunması;
Komanda üzvlərinin bacarıq boşluqlarının müəyyən edilməsi;
Komanda daxilində peşəkar standartlar və iş metodologiyasının müəyyən edilməsi;
Bank məhsullarını əldə etmək istəyən potensial müştərilərin müəyyən edilməsi, ilkin təhlili, qiymətləndirilməsi;
Biznes tapşırıqlara uyğun datanın analiz olunması, yeni modellərin qurulması və tətbiqinin təmin olunması;
Tətbiq olunmuş modellərin izlənilməsi və optimallaşdırılmalıdır.
Bizim üçün uyğun namizəd:
Ali təhsilə;
Pərakəndə bankçılıq istiqamətində minimum 5 il iş təcrübəsinə;
Yüksək səviyyədə MS Excel biliklərinə;
Orta səviyyədə SQL, Qliksense biliklərinə (Python – arzu olunandır);
Komandada (Scrum/Agile) işləmək bacarığı və yeni texnologiyaları öyrənmə həvəsinə;
Lider ruhuna;
İnnovativ yanaşmaya, motivasiya və kouçluq qabiliyyətinə;
Kreativ düşüncə və problemlərin həllərinə kreativ yanaşma bacarığına sahib olan şəxsdir.