İş Təsviri
İcbari Sığorta Bürosu
İş yeri: Bakı
Vəzifə öhdəlikləri:
Büronun subroqasiya hüququ üzrə məhkəməyə qədər, məhkəmə və məhkəmədən sonrakı mərhələlərinin hüquqi təminatı;
Təlimatın, qaydaların və prosedurların hazırlamasında iştirak etmək, ekspertizasını həyata keçirmək və rəy vermək;
Bütün struktur bölmələrə hüquqi yardım etmək, onlardan daxil olmuş sorğulara rəy və izahatlar vermək;
Təqdim olunan sənədlərin ekspertizası və hüquqi rəylərin verilməsi;
Dövlət və özəl müəssisələrə müraciətlərin, sorğuların hazırlanması;
Dövlət və özəl müəssisələrdən daxil olan müraciətlərin cavablandırılması;
Hüquqi araşdırmalar aparmaq;
Mülki hüquq, inzibati hüququ və sığorta qanunvericiliyini bilmək, lazım gələrsə digərləri üzrə araşdırma aparmaq bacarığına malik olmaq;
Tələb olunan səriştələr:
Ali hüquqi təhsil
Punktuallıq
Operativlik
MS ofis proqramlarında yüksək səviyyədə işləyə bilmə bacarığı;
Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili (yaxşı), Rus dili (arzuolunandır)
İş təcrübəsi: 3 5 il iş təcrübəsi
Əmək haqqı: razılaşma yolu ilə