İş Təsviri
AZINTELECOM
Departament: Rəqəmsal Həllər/Məhsul inkişafı şöbəsi
Ümumi tələblər:
IT sahəsində baza texniki biliklərə malik olmaq (OS, şəbəkə anlayışları, brauzer troubleshooting və s.);
API inteqrasiyaları ilə işləmə prinsipləri haqqında ümumi anlayışın olması (sorğu-cavab mexanizmi, status kodları, JSON formatı və s.);
Mobil tətbiq və veb tətbiqlərdə istifadəçi tərəfində baş verə biləcək texniki problemləri analiz edib, ilkin mərhələdə həll edə bilmək;
Proqramçının müdaxiləsini tələb etməyən texniki məsələləri müstəqil şəkildə araşdıra və həll edə bilmək;
İstifadəçi müraciətlərini təhlil edərək aidiyyəti komandaya düzgün və tam şəkildə yönləndirmək bacarığı;
Troubleshooting bacarıqları, log analiz və testlər aparmaq bacarığı;
Müxtəlif komandalarla (dev, QA, məhsul və s.) əməkdaşlıq edə biləcək səviyyədə kommunikasiya bacarıqları;
Səlis yazılı və şifahi ünsiyyət bacarığı (Azərbaycan dili və texniki səviyyədə ingilis dili arzuolunandır).
Üstünlük sayılacaq:
Jira, Confluence, Postman kimi alətlərlə işləmə təcrübəsi;
SQL sorğuları ilə sadə məlumat çıxarışları edə bilmə bacarığı;
Monitorinq və ya log sistemləri (məsələn: Kibana, Grafana, Sentry) ilə tanışlıq;
Mobil və ya veb tətbiqlərin texniki quruluşu haqqında ümumi anlayış.
Maraqlanan namizədlər CV-lərini mövzu sətrində vakansiyanın adını qeyd edərək, Müraciət Et düyməsində qeyd olunan e-mail ünvanına göndərə bilərlər.