Laborant

İyun 17, 2025
Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Azersun Holding

Müəssisə: AZ ŞƏKƏR İST. BİRLİYİ MMC

Tələblər:

Sənaye, kimya, qida və ya maşınqayırma mühəndisi ixtisasları üzrə ali təhsil;
MS Office proqramları bilikləri;
ISO 9001, ISO 22000 standartları üzrə sertifikat (arzuolunandır) – Proses və laboratoriya sahəsində təcrübəsi olanlara üstünlük verilir.
Rus dili və ingilis dili biliyi üstünlükdür
İş haqqında məlumat:

Laboratoriyaya daxil olan nümunələrdə iş təlimatlarına uyğun olaraq analizləri yerinə yetirmək;
Yerli və beynəlxalq standartlara uyğun analizləri həyata keçirmək;
Alınan nəticələri laboratoriyanın xüsusi formalarına və ya kompyuter proqramlarına qeyd etmək, lazım gəldikdə müvafiq şəxslərə məlumat vermək;
İş yerini, istifadə olunan avadanlıqları, cihazları və qabları təmiz və işlək vəziyyətdə saxlamaq;
Təhlükəsizlik və əməyin mühafizəsi qaydalarına riayət etmək;
İstehsalat prosesində keyfiyyətlə bağlı yoxlamalar aparmaq və laboratoriyada əldə olunan analiz nəticələrində hər hansı uyğunsuzluq aşkar edildiyi halda müvafiq şəxslərə məlumat vermək;
Laboratoriya sahəsində istifadə olunan cihaz və avadanlıqlardan düzgün istifadə etmək və onların saxlanmasına cavabdeh olmaq;
Gizli saxlanması vacib olan məlumatların qorunmasını təmin etmək və aidiyyəti olmayan şəxslərə ötürməmək;
Rəhbərliyin göstərişi əsasında vəzifə səlahiyyətlərinə uyğun digər işləri yerinə yetirmək;
Əməyin mühafizəsi, təhlükəsizlik, sanitar-gigiyena və yanğından mühafizə qaydalarını öyrənmək, mənimsəmək və onlara əməl etmək;
Əmək funksiyasını özünü və digər işçiləri təhlükəyə məruz qoymayacaq şəkildə icra etmək;
Şəxsi buraxılış olmadan həyat üçün təhlükəli mənbələrdə işləməmək;
Verilmiş xüsusi geyim və ayaqqabıdan istifadə etmək, fərdi və kollektiv mühafizə vasitələrindən istifadə etmək;
Əməyin mühafizəsi qaydalarının pozuntuları, qəza və bədbəxt hadisələr barədə işəgötürənin nümayəndələrinə dərhal məlumat vermək;
İş Qrafiki:

Növbəli iş qrafiki
Digər bölgələrdən işçi alınacağı təqdirdə yaşayış yeri və gün ərzində 3 dəfə qidalanma şirkət tərəfindən qarşılanacaqdır
İş Yeri: İmişli

Tələblərə cavab verdiyiniz təqdirdə CV-nizi cv@azersun.com elektron poçtuna göndərə bilər və ya Müraciət Et düyməsində qeyd olunan link-də qeydiyyatdan keçərək müraciət edə bilərsiniz. Email-in mövzu hissəsində “Keyfiyyətə nəzarə üzrə İnspektor (İmişli)” qeyd etməyiniz və çalışmaq istədiyiniz şəhərin adını bildirməyiniz xahiş olunur.