İş Təsviri
Road and Construction
Vəzifə öhdəlikləri:
Müəyyən edilmiş büdcə, plan, keyfiyyət standartları və müştəri tələblərinə görə layihənin idarə edilməsi
Layihə üzrə şirkəti təmsil etmə, o cümlədən müştəri, məsləhətçi, subpodrat və dövlət ilə olan rəsmi və qeyri rəsmi münasibətlərin tənzimlənməsini
Layihə üçün lazımi işçi qüvvəsi, avadanlıq və materialların müəyyən edilməsi
Heyətin vəzifə bölgüsü və komandanın idarə edilməsi
Sahədə yerinə yetirilmiş tikinti işləri üzrə hazırlanmış Forma-2 sənədlərinin və digər texniki sənədlərin təsdiq edilməsinin təmin edilməsi
Tikintidə təhlükəsizlik qaydalarına əməl olunmasının təmin edilməsi
Layihənin gedişatı və xərclərlə ilə bağlı periyodik hesabatların hazırlanmasının təmin edilməsi
Vəzifələri ilə bağlı hər növ yazışma, müqavilə, hesabat və s. sənədlərin nizamlı şəkildə hazırlamaq və saxlamaq
Ümumi tələblər:
Mühəndislik ixtisası üzrə ali təhsil
Tikinti layihələrinin idarəedilməsi sahəsində azı 10 il iş təcrübəsi
Dil bilikləri: Azərbaycan dili-səlis,İngilis və Rus dili-arzuolunandır
Kompüter bacarıqları: MS Office, Autocad
Tikinti normalarına və layihə idarəedilməsinə dair biliklər
PMP və ya digər oxşar sertifikatların olması arzuolunandır
Yüksək səviyyədə ünsiyyət və idarəetmə bacarığı
İş barədə məlumat:
Layihə ünvanı: Xızı rayonu
Əmək haqqı: müsahibə zamanı müəyyən ediləcək (bilik, təcrübə və bacarıqlardan asılı olaraq müəyyən olunur)