İş Təsviri
Company
İş barədə məlumat
Vəzifə öhdəlikləri:
– Şöbədaxili prosedur, əsasnamə və təlimatların hazırlanmasında birbaşa iştirak etmək;
– Şöbənin fəaliyyətini təşkil etmək, şöbə əməkdaşları arasında iş bölgüsünü aparmaq, vəzifə öhdəliklərinin düzgün və tam icra olunmasına nəzarət etməklə icra edilmiş işləri təhvil almaq;
– Tabeçiliyində olan işçilərin inkişafı və karyera artımı üçün şərait yaratmaq, onların mükafatlandırılması və performans dəyərləndirilməsində təşəbbüs göstərmək;
– Qəbul edilmiş layihə əsasında tələblərin dolğunluğunu və keyfiyyətini təmin etməklə ilkin smetanı müəyyən etmək;
– Layihənin texniki icraat üzrə müfəssəl mərhələlərə bölgüsünü təşkil etmək;
– Əsaslı təmir-tikinti və yenidən quraşdırma işlərinin bütün mərhələlərdə prosesləri analiz etmək, izləmək və smetaya uyğunluğuna nəzarət etmək;
– Layihədə ediləcək cari dəyişikliklər zamanı smeta sənədlərində müvafiq düzəliş və əlavələri aparmaqla rəhbərliklə razılaşdırmaq;
– Tikintinin hər bir mərhələsində plan üzrə istifadə olunacaq mal – material, işçi qüvvəsi və maddi-texniki bazanın tərkibinin və miqdarının təyin edilməsinə rəhbərlik etmək;
– Hər bir mərhələ üçün müəyyən edilmiş normalar üzrə bazar qiymətlərinə uyğun smeta dəyərinin hazırlanmasına nəzarət etmək;
– Hazırlanmış smetaları cəmləmək, təsdiq etmək, tikinti-quraşdırma işlərinin texniki-iqtisadi əsaslandırılmasını digər şöbələrlə birlikdə təşkil etmək və yekun sənədi müzakirə üçün rəhbərliyə təqdim etmək;
– Layihə-smeta sənədlərinin razılaşdırılma və təsdiqini qəbul olunmuş qaydada təşkil etmək, bu zaman ekspertiza və sifarişçi təşkilatların irad və təkliflərini nəzərə almaq, dəyişiklikləri sənədlərə əlavə etmək;
– Layihə və smeta şöbəsinin əsasnaməsi üzrə nəzərdə tutulan bütün öhdəlikləri həyata keçirmək.
İş şəraiti :
– Əmək haqqı müsahibə əsasında namizədin bilik və təcrübəsinə əsasən (2500-3000 man) müəyyən ediləcək;
– Korporativ nömrə ilə təmin olunma;
– Nahar şirkət tərəfindən verilir;
– İş rejimi: 6 günlük;
Namizədə tələblər
– Müvafiq sahə üzrə ali təhsil;
– Yaş həddi: 35-55 yaş
– Rəhbər vəzifədə azı 5 il iş təcrübəsi;
– Mükəmməl azərbaycan və rus dili biliyi;
– Microsoft Office, Auto CAD və 1C proqramlarından sərbəst istifadə etmək;
– Komandada işləmə və yüksək idarəetmə bacarığı;
– Məsuliyyət və punktuallıq.