İş Təsviri
Paulaner Brauhaus Baku
İş yeri: Paulaner Brauhaus Baku
Əmək funksiyası:
Mətbəxin və mətbəx avadanlıqlarının təmizliyini gigiyena və sanitariya qaydalarını müvafiq şəkildə tənzimləmək;
Çirkli qabları, şüşə qab-qacağı, qaşıq, çəngəl və bıçaqları təmizləmək;
Restoran və banket tədbirləri üçün lazımi avadanlıqları təmin etmək;
Komandanın bir üzvü kimi çalışmaq və ehtiyac olduqda köməyə ehtiyacı olan əməkdaşlara dəstək olmaq;
Qabyuyan maşınların, qazanların, yuyucu sahənin və mətbəxin, sanitariya və gigiyena standartlarına uyğun təmiz, baxımlı olmasını təmin etmək;
Maşınları və digər avadanlıqları təhlükəsiz və düzgün istifadə etmək;
Filtrləri və mətbəx döşəməsini mütəmadi tələb olunan standartlara uyğun təmizləmək;
Mətbəxi və mətbəx avadanlıqlarını qorumaq və saxlamaq.
Tələblər:
Müvafiq iş təcrübəsi;
Gigiyena qaydaları barədə məlumatlı olmaq;
Müxtəlif təmizlik məhsullarınının istifadə qaydalarından məlumatlı olmaq;
Gigiyena qaydaları barədə məlumatlı olmaq;
Müxtəlif təmizlik məhsullarının istifadə qaydalarından məlumatlı olmaq;
Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək.
Vəzifə üzrə təminatlar:
Dünyanın məşhur alman brendində iş imkanı;
“PMD Hospitality” MMC tərəfindən idarə olunan müəssisələrdə karyeranı davam etdirmək imkanı;
Təlim və inkişaf proqramlarında iştirak imkanları;
Gündəlik qidalanma;
Bu vakansiya yalnız Azərbaycan vətəndaşlığı olan şəxslər üçündür.
Vakansiya ilə maraqlanan namizədlər tərcümeyi-halını (CV) elektron Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu bölməsində vakansiyanın adını qeyd etməklə göndərə bilərlər.