Mətbuat sektoru–Mütəxəssis – dizayner

Müraciət sonu: İyul 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Azerbaijan Energy Regulatory Agency

VƏZİFƏ ÖHDƏLİKLƏRİ:

Agentliyin daxili və xarici sənədlərində brend qaydalarına əməl olunmasına diqqət yetirir, pozuntu halları aşkarladıqda sektor müdirinə bu barədə məlumat verməklə müvafiq düzəlişi edir;
Müxtəlif xarakterli mətn, sual-cavab və s. kimi maarifləndirici və məlumatlandırıcı məzmunlar üçün illüstrasiyalar, qrafiklər hazırlayır;
Əlamətdar günlər və tarixlərlə bağlı sosial media postlarının, təbrik açıqcalarının (yaradıcı yanaşma nümayiş etdirməklə) dizaynlarının hazırlanmasını təmin edir;
Agentliyin fəaliyyəti barədə müxtəlif məlumatlandırıcı məzmunlar hazırlayır;
Vətəndaşları məlumatlandırmağı hədəfləyən informativ videoçarxlar və illüstrasiyalar hazırlayır;
Agentliyin çap məhsullarının brend qaydalarına uyğun olmasına nəzarət edir, uyğun olmadıqda qaydalara əsasən dəyişiklikləri edir;
Agentliyin fəaliyyət istiqamətlərinə aid şablon tipli (sosial media postları, ikonlar, qrafik elementlər, təqdimatlar və s.) fayllar hazırlayır;
Təlimatlar və informasiya əsasında dizayn işlərinin zamanında və yüksək keyfiyyətlə həyata keçirilməsini təmin edir;
Agentliyin fəaliyyəti ilə bağlı korporativ və promo materialların ( çap materialları ) dizayn işlərini yerinə yetirir;
Təqdimatların brend qaydalarına uyğun hazırlanmasında iştirak edir;
Tədbir və görüşlərdə foto və videoçəkilişlərin aparılmasını təmin edir;
Vəzifəsi üzrə sektor müdiri tərəfindən verilən digər tapşırıqları yerinə yetirir;
Sektor müdirinin tapşırığı əsasında Agentliyin fəaliyyəti haqqında əhalinin məlumatlandırılmasını, malik olduğu və siyahısı qanunla müəyyən edilmiş açıqlanmalı olan ictimai informasiyaların rəsmi internet səhifəsində yerləşdirilməsini və onun daimi yenilənməsini təmin edir;
İclaslar, vebinarlar, konfranslar və s. tədbirlərə dair press-relizlərin qrafik hissəsini tərtib edir;
Sektor müdirinin tapşırığı ilə hesabatlar, arayışlar və məlumatların vizual illüstrasiyalarının hazırlanmasını təmin edir;
Rəhbər tərəfindən verilən digər tapşırıqları yerinə yetirir.
TƏLƏBLƏR:

Qrafik dizayn üzrə ali təhsil;
İxtisas profilinə uyğun 3 il iş təcrübəsi;
Qrafik dizayn, 2D və 3D animasiya və foto, video redaktəsi üzrə proqram bilikləri;
Yüksək səviyyədə MS Office bilikləri;
Azərbaycan dilini səlis bilməli, ingilis dili və rus dili arzuolunandır;
Yaş həddi 25-35 aralığı;
DİGƏR:

Əmək bazarına uyğun rəqabətli əmək haqqı və mükafatlandırma.
İş yerinin ünvanı: Bakı şəhəri, Üzeyir Hacıbəyov küçəsi, 84
Vakant vəzifə ilə maraqlanan şəxslər anketlərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Müraciətin mövzu hissəsinə mütləq şəkildə vakansiyanın adını (Mətbuat sektoruna Mütəxəssis-dizayner) qeyd etməniz tələb olunur.