MADDİ VƏSAİTLƏR ÜZRƏ MÜHASİB

May 30, 2025
AZN800 - AZN900
Müraciət sonu: İyun 29, 2025
İndi Müraciət Et

İş Təsviri

Oba Market MMC

İş barədə məlumat
– Maddi və əsas vəsaitlərin uçotunu aparmaq və sistemə düzgün daxil etmək
– Yeni alınmış vəsaitlərin amortizasiya və istismar müddətlərini müəyyənləşdirmək
– Alış sənədlərini müqavilə və sifariş blanklarına uyğun olaraq yoxlamaq və təsdiqləmək
– Həftəlik ödəniş planlarını hazırlamaq, tədarükçü və podratçılar üzrə ödəniş prosesini izləmək
– Təhtəl şəxslərə vəsait ayırmaq, təhtəl kassalara nəzarət etmək və üzləşmələri aparmaq
– Tikinti və təmir layihələri üzrə smeta sənədlərini və forma 2-ləri yoxlamaq
– Filial sayımı sonrası artıq və əskik gəlmələri sistemə işləmək və təhlil etmək
– Aylıq silinmələri, qalıq dəyərləri və faktiki alışları təhlil edərək hesabatlar hazırlamaq.
– İş fəaliyyəti ilə bağlı hesabatların vaxtında hazırlanmasını və rəhbərliyə təqdim edilməsini təmin etmək.

Namizədə tələblər
– Ali təhsil (Maliyyə, Mühasibatlıq və ya İqtisadiyyat üzrə)
– Müvafiq sahədə minimum 1 il iş təcrübəsi
– MS Office proqramlarında, xüsusilə Excel proqramında yaxşı
səviyyədə işləmək bacarığı
– MS Excel və Tiger ERP proqramında sərbəst işləmək bacarığı
– Logo Tiger ERP proqramı üzrə biliklər (üstünlükdür)
– Analitik düşüncə və detallara diqqət
– Məsuliyyətli, dəqiq və təşəbbüskar olmaq.