İş Təsviri
Azerbaijan Supermarket
Vəzifənin məqsədi
Mağaza müdirinin əsas məqsədi mağazanın ümumi fəaliyyətinə rəhbərlik edərək satış hədəflərinə nail olmaq, işçi heyətini idarə etmək, müştəri məmnuniyyətini artırmaq, inventar və əməliyyat proseslərini səmərəli şəkildə təşkil etməkdir. Müəyyən olunmuş standart əməliyyat prosedurlarına riayət edərək mağazanın effektiv və gəlirli fəaliyyətini təmin etmək mağaza müdirinin əsas vəzifələrindəndir.
Vəzifə öhdəlikləri
Mağaza fəaliyyətinə rəhbərlik etmək
Mağazanın gündəlik əməliyyatlarını idarə etmək.
Şirkət prosedurlarına uyğun olaraq mağazanın bütün sahələrində yüksək standartların qorunmasını təmin etmək.
Satış və əməliyyat idarəetməsi
Satış hədəflərinə çatmaq üçün strategiyalar müəyyən etmək və həyata keçirmək.
Gəlir və xərcləri optimallaşdıraraq mağazanın maliyyə göstəricilərini idarə etmək.
İnventar və təchizat idarəetməsi
Məhsulların anbar və satış sahəsində düzgün rotasiya olunmasına nəzarət etmək.
Stok idarəetməsində itkiləri minimuma endirmək və optimal sifarişlərin verilməsini təmin etmək.
Müştəri xidmətinin inkişaf etdirilməsi
Müştəri məmnuniyyətini artırmaq üçün yüksək keyfiyyətli xidmət standartlarını tətbiq etmək.
Müştəri şikayət və rəylərini analiz edərək xidmət səviyyəsini artırmaq üçün tədbirlər görmək.
İşçi heyətinin idarə edilməsi və inkişafı
İşçi heyətini seçmək, iş bölgüsünü təyin etmək və komandanın effektiv işləməsini təmin etmək.
İşçilərə təlim keçmək və onların peşəkar inkişafını dəstəkləmək.
Təmizlik və təhlükəsizlik standartlarına riayət olunmasını təmin etmək
Mağaza sahəsinin təmiz və nizamlı saxlanmasına nəzarət etmək.
Qida təhlükəsizliyi, gigiyena və digər təhlükəsizlik qaydalarına riayət olunmasını təmin etmək.
Maliyyə və kassa əməliyyatlarına nəzarət
Kassa əməliyyatlarının düzgün və təhlükəsiz icra olunmasına nəzarət etmək.
Nağd pul və POS terminalları ilə bağlı risklərin idarə olunmasını təmin etmək.
Hesabatların hazırlanması və təhlili
Satış, inventar və digər əməliyyat göstəriciləri ilə bağlı hesabatlar hazırlamaq və təhlil etmək.
Şirkət rəhbərliyinə lazımi hesabatları təqdim etmək və inkişaf istiqamətləri üzrə təkliflər vermək.
Tələblər
Təhsil və İş Təcrübəsi
Orta və ya ali təhsil (Biznes, Menecment və ya əlaqəli sahələrdə təhsil üstünlükdür).
Pərakəndə satış və idarəetmə sahəsində minimum 5 il təcrübə.
Liderlik və İdarəetmə Bacarıqları
Komandanı idarə etmək, motivasiya etmək və istiqamətləndirmək bacarığı.
Planlama və işçi heyətinə tapşırıqların düzgün bölüşdürülməsi bacarığı.
Satış və Müştəri Məmnuniyyəti
Satış texnikalarını və pərakəndə satış prinsiplərini bilmək.
Müştəri yönümlü düşüncə və şikayətlərin effektiv həlli bacarığı.
Təhlil və Hesabatlılıq Bacarığı
Satış və maliyyə göstəricilərini təhlil etmək və inkişaf strategiyaları hazırlamaq bacarığı.
Performans və KPI göstəricilərini təhlil edərək strateji qərarlar qəbul etmək.
Təşkilati və Texnoloji Bacarıqlar
POS və ERP sistemləri ilə işləmə təcrübəsi.
MS Office proqramlarını (Excel, Word, Outlook) sərbəst istifadə etmək bacarığı.
Dil Bilikləri (Üstünlük kimi)
Azərbaycan dili mükəmməl səviyyədə.
Rus və İngilis dili bilikləri üstünlükdür.
Şəxsi Keyfiyyətlər
Məsuliyyətli, punktual və nəticəyönümlü olmaq.
Problemləri həll etmək və qərar qəbul etmək bacarığı.
Yüksək təşkilatçılıq və idarəetmə bacarıqları.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına “Mağaza müdiri” başlığı ilə CV göndərə bilərlər. İşə qəbul prosesinin növbəti mərhələsi üçün yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaqdır.