Maliyyə hesabatlığı və təhlil şöbəsinin mütəxəssisi (Data Scientist)

İyun 23, 2025
Müraciət sonu: İyul 22, 2025
İndi Müraciət Et

İş Təsviri

ABB ASC

Özünə və peşəkar qabiliyyətlərinə güvənən, davamlı fərdi inkişafa və bərabər imkanlar mühitində karyera irəliləyişlərinə can atan, ən əsası isə ABB komandasının fəal üzvü kimi Bankın yeni uğur hekayəsinin bir hissəsinə çevrilmək istəyən hər bir uyğun namizəd bu imkanı dəyərləndirə bilər.

“ABB” ASC-nin komandasına qoşulun və bu üstünlüklərdən Siz də faydalanın:

Cənubi Qafqazın ən böyük bankında işləmək imkanı;
beynəlxalq standartları yerli bazara gətirən qurumda potensialınızı reallaşdırmaq şansı;
rəqəmsal həllərin, innovasiyaların tətbiqi sahəsində bazar liderinin əməkdaşı olmaq fürsəti;
peşəkar kollektivdə çalışmağın üstünlüyü;
yüksək komanda ruhunda əməkdaşlıq;
karyera irəliləyişlərində hamıya yaradılan bərabər imkanlar;
Bankda həyata keçirilən transformasiya prosesində zəngin təcrübənin qazanılması;
əməkdaşların yeni trendlərə uyğun təşkil olunan daxili və xarici təlimlərdə iştirak;
əməkdaşların beynəlxalq sertifikatlar əldə etməsi üçün həvəsləndirmə proqramı;
Bankdaxili aktiv sosial həyat.
Görəcəyiniz işlər:

Bir çox mənbədən məlumatların toplanılması;
Müxtəlif həcmdə strukturlaşdırılmış və strukturlaşdırılmamış məlumatların təhlili, emalı, modelləşdirilməsi;
Maliyyə hesabatlarının təkmilləşdirilməsi üçün yeni modellərin hazırlanması;
Müxtəlif maliyyə modellərin təhlil edilməsi və mövcud modellərin təkmilləşdirilməsi üçün təkliflərin verilməsi;
Model performansının nəticələrinin vizuallaşdırılması və təhlili;
Prosesləri təkmilləşdirmək üçün maşın öyrənmə modellərinin hazırlanması və tətbiqi;
Müxtəlif vizuallaşdırılma üsullarından istifadə edərək məlumatların təqdim edilməsi;
Modelləri əsas maraqlı tərəflərə təqdim edilməsi, anlaşılan və sadə yollarla izah edilməsdiri.
Bizim üçün uyğun namizəd:

Statistika, riyaziyyat, kompüter elmləri, data science, machine learning və ya əlaqəli sahələrdə magistr və ya bakalavr dərəcəsinə;
Riyaziyyat, statistika və alqoritmlər üzrə dərin biliklərə;
Python üzrə sübut olunmuş təcrübə və inamlı biliklərə;
Əsas kitabxanalardan istifadə edərək ML sistemlərinin inkişaf etdirmə təcrübəsinə;
Əsas ML alqoritmlərini başa düşən;
Məlumatların ölçülərini təhlil etmək və hesablamaq təcrübəsinə;
Mürəkkəb sistemləri və texniki terminləri texniki olmayan insanlar üçün aydın, qısa şəkildə izah etmək və uyğunlaşdırmaq bacarığına;
Texniki materialları oxumaq səviyyəsində ingilis dilini bilən;
Mövcud məlumatları, cədvəlləri, sorğuları, hesabatları induktiv və analitik təhlil bacarığına;
Analitik qabiliyyət və məntiqi təfəkkürnə;
Yaradıcılıq, innovasiya, problemləri həll etmə və qərar vermə bacarığına;
Əlaqəli sahədə minimum 2 il peşəkar təcrübəyə;
Məlumatların təhlili və proqramlaşdırma dilləri üzrə minimum 2 il peşəkar təcrübəyə;
Uyğun sahə üzrə sertifikatın olması və orta səviyyədə rus və ingilis dili biliklərinə sahib olan şəxsdir.
Əgər axtardığımız namizəd sizsinizsə Müraciət et düyməsində qeyd olunan linkə daxil olub qeydiyyatdan keçərək vakansiya üzrə müraciət edə bilərsiniz.

Nəzərinizə çatdırmaq istərdik ki, müsahibələrə yalnız göstərilən kriteriyalara cavab verən şəxslər cəlb ediləcək.