İş Təsviri
Baku Electronics
“Baku Electronics” hal-hazırda Marketinq komandasına “Marketinq layihələri üzrə aparıcı menecer” vakansiyasına namizəd axtarışındadır! Sizi peşəkar komandamızın bir üzvü olmağa dəvət edirik!
Xüsusi tələblər:
Marketinq layihələrinin və kampaniyalarının idarə olunması sahəsində ən azı 3 il təcrübə;
Agile, Waterfall və digər layihə idarəetmə metodologiyalarına yaxşı bələdlik;
Kompleks, çoxsaylı tərəfdaşlarla olan layihələrin uğurla idarə olunması üzrə sübut edilmiş təcrübə;
Media, vendor və kreativ komandalarla işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Marketinq layihələrinin planlaşdırılması, təşkili və başdan sona icrasına rəhbərlik etmək;
Layihə məqsədlərinin müəyyən edilməsi, aidiyyəti tərəflərlə koordinasiya və kampaniya strategiyalarının hazırlanması;
Kreativ brifinqlərin təşkili, vendor və tərəfdaşlarla əməkdaşlıq, media planlaşdırma və koordinasiyanı həyata keçirmək;
Kampaniya performans göstəricilərini (KPI) izləmək və nəticələrə əsasən optimallaşdırma aparmaq;
Gənc komanda üzvlərinə mentorluq etmək və strukturlaşdırılmış iş axınları qurmaq;
İstehlakçı davranışı və bazar məlumatları əsasında kampaniyaların təkmilləşdirilməsi üçün təhlillər aparmaq;
Müraciət et düyməsində qeyd olunan linkə keçid edərək qeydiyyatdan keçməklə müraciətinizi müvafiq vakansiya üzrə ünvanlaya bilərsiniz.