İş Təsviri
Veyseloglu MMC
“Veysəloğlu” MMC Şirniyyat-1 Kateqoriyası üzrə İdarəedici Direktorluq, “Marketinq Meneceri” (Ulduz Məhsulları üzrə) vakansiyasını elan edir. Ətraflı məlumatla aşağıda tanış ola bilərsiniz:
Vəzifə öhdəlikləri:
Bazar araşdırmalarının planlaşdırılması və həyata keçirilməsi
Mövcud və potensial bazarların təhlili
Müştəri ehtiyacları, rəqib fəaliyyətləri və trendlərlə bağlı məlumatların toplanması
Sorğular, fokus qruplar və digər tədqiqat metodlarından istifadə edərək məlumatların toplanması və təhlili
Məlumatların təhlili və hesabatların hazırlanması
Toplanmış məlumatların strukturlaşdırılması və statistik təhlili
Marketinq strategiyalarına dəstək məqsədilə analitik hesabatların hazırlanması
Rəhbərliyə əsaslandırılmış təklif və nəticələrin təqdim olunması
Marketinq strategiyalarının formalaşmasına töhfə vermək
Alıcı araşdırmaları nəticələrinə əsaslanaraq yeni məhsul, xidmət və ya kampaniyalar üçün təkliflər vermək
Şirkətin brend mövqeyinin gücləndirilməsinə dəstək göstərmək
Rəqib analizləri apararaq rəqabət üstünlüyü yaratmaq üçün strategiyalar irəli sürmək
Alıcı yayımı işlərini idərə etmək (araşdırma dəstəyi ilə), bazardakı çeşidlərin çoxaldılmasını təmin etmək (satış kateqoriyasına və çeşid kateqoriyasına görə müqayisə etmə /benchmarking), yayım işləri üçün ehtiyacları təyin etmək, həmçinin həyata keçirməni təşkil etmək
Kampaniya planlaması və idarə edilməsini həyata keçirmək
Müştəri ehtiyaclarına bağlı olaraq bazardakı çeşidləri yenidən təşkil etmək (bərabərləşdirmək)
Tələb Olunan Bacarıqlar və Səriştələr
Analitik və tənqidi düşüncə bacarığı
Məlumatları düzgün təhlil etmək, əsas nəticələri çıxarmaq və strategiyalara çevirmək qabiliyyəti
Kommunikasiya və təqdimat bacarığı
Müxtəlif auditoriyalara aydın və təsirli şəkildə məlumat çatdırmaq
Yazılı və şifahi ünsiyyət bacarığının yüksək səviyyədə olması
Tədqiqat və məlumat toplama bacarığı
Sorğu dizaynı, fokus qrup idarəetməsi və sahə araşdırmaları aparmaq təcrübəsi
İkincil mənbələrdən məlumat toplamaq bacarığı (bazar hesabatları, rəqəmsal alətlər və s.)
Texniki bacarıqlar
Excel, SAP, Power BI, Google Analytics, Tableau və ya digər analitik alətləri bilmək
Anket platformaları (SurveyMonkey, Google Forms və s.) ilə işləmə təcrübəsi
Strateji düşüncə və təşəbbüskarlıq
Araşdırma nəticələrini şirkətin məqsədləri ilə əlaqələndirmək bacarığı
Yeni layihələr və təşəbbüslərlə çıxış etmək
Şəxsi keyfiyyətlər:
Problemlərin həll olunmasında kreativ yanaşma.
Komandada işləmək bacarığı.
Stressə davamlılıq və vaxtın idarə edilməsi bacarığı.
Təkliflər:
Müxtəlif maraqlı layihələrdə iştirak və peşəkar inkişaf imkanı.
Əməkhaqqı: Müsahibə əsasında təyin olunacaq.
Təminatlar:
İş yerinə nəqliyyat vasitəsi ilə çatdırılma;
Nahar ilə təmin edilmə.
İş yeri: Bakı şəhəri
İş qrafiki: Həftənin 5 günü saat 09:00-dan 18:00-dək