İş Təsviri
PJA MMC
İş barədə məlumat
– Ət məhsullarının doğranması, marinadlanması və yarımfabrikat məhsul kimi hazırlanma prosesinə nəzarət
– İstehsalat prosesinin texnoloji normalara və sanitar qaydalara uyğun təşkil edilməsi
– Dondurulmuş məhsulların düzgün qablaşdırılması, saxlanması və qeydiyyatının aparılması
– İstehsal sahəsində avadanlıqların saz vəziyyətdə saxlanması və qrafik üzrə təmirinə nəzarət
– Xammalın (hazır kəsilmiş ətin) keyfiyyətinə və istifadəsinə nəzarət
– Məhsulun buraxılışı və keyfiyyət göstəriciləri üzrə mütəmadi hesabatların hazırlanması
– Dezinfeksiya və gigiyenik tədbirlərin təşkili və gündəlik monitorinqi
– Donduruculu yük maşınlarının texniki vəziyyətinə, sığortasına və soyuqluq rejiminə nəzarət
– Sənədləşmə və aidiyyəti dövlət qurumları ilə koordinasiyanın təmin olunması.
Namizədə tələblər
– Ət məhsullarının istehsalı və konservasiyası sahəsində bilik və təcrübə
– Sanitar-gigiyena, texniki təhlükəsizlik və ərzaq təhlükəsizliyi normalarını dərindən bilmə
– Minimum 3 il ərzaq istehsalı və ya ət emalı sahəsində rəhbər vəzifədə iş təcrübəsi
– Komandada işləmək və işçi heyətini idarəetmə bacarığı
– Dəqiqlik, məsuliyyət və operativ qərarvermə qabiliyyəti
– Ali və ya texniki təhsil (ərzaq mühəndisliyi və ya qida texnologiyası ixtisası üstünlükdür).