MƏŞQÇİ-İDMAN TƏLİMÇİSİ

İyun 12, 2025
AZN400 - AZN1200
Müraciət sonu: İyul 11, 2025
İndi Müraciət Et

İş Təsviri

Kids Gymnastics MMC

İş barədə məlumat
Vəzifələr:
– 2–12 yaş arası uşaqlara idman gimnastikası üzrə dərslərin keçirilməsi
– Yaş qruplarına uyğun dərs proqramlarının həyata keçirilməsi
– Hərəkətlilik, koordinasiya, çeviklik və balans inkişafına yönəlik məşqlərin təşkili.
– İdman avadanlıqlarından düzgün və təhlükəsiz istifadəni təmin etmək.
– Valideynlərlə uşağın inkişafı barədə geribildirim vermək
– Qrup və fərdi məşqlərin təşkilində məsuliyyətli iştirak
– Təhlükəsizlik və gigiyena qaydalarına ciddi nəzarət etmək
– Mini yarış və əyləncəli idman günlərinin təşkili.

İş şərtləri:
– İş yeri: Bakı, Nərimanov rayonu
– İş qrafiki: Hər gün ( 1 gün istirahət) (həftəlik dərs cədvəlinə uyğun),
– Əmək haqqı: Bacarıq və təcrübəyə əsasən razılaşdırılacaq

Əlavə üstünlüklər:
– Peşəkar mühit və modern avadanlıqlar
– Aylıq motivasiya sistemləri
– Təlim və inkişaf imkanları.

Namizədə tələblər
– İdman gimnastikası sahəsində təcrübə və ya ali təhsil (idman akademiyası arzuolunandır)
– Uşaqlarla işləmə bacarığı və səbirli yanaşma
– Azərbaycan və (əgər varsa) rus dili biliyi
– Enerjili, mehriban və uşaqlara motivasiya verə bilən şəxsiyyət
– Komanda ilə işləmək bacarığı
– Dəqiq, məsuliyyətli və təhlükəsizliyə önəm verən olmaq
– Qadın və ya kişi namizədlər qəbul edilir.