İş Təsviri
Xırdalan Metal Konstruksiya
Tələblər:
Müvafiq sahədə ən azı 1 il iş təcrübəsi
Məsuliyyətli, işgüzar, dürüst və cəld
Komandada işləmək və komanda üzvləri ilə yaxşı ünsiyyət qurmaq, gərgin iş rejimində işləmək bacarıqlarına malik olmaq
Yaş həddi 18-45
İş şəraiti:
Şirkət hesabına nahar
Nəqliyyat Servis xidməti 20 yanvar və sumqayıt ərazisindən iş yerinə çatdırılma
Vəzifə öhdəlikləri:
Verilmiş layihəyə uyğun metal konstruksiyanın hissələrinin dəqiq hazırlanaraq yığılması:
Dəlik açma, rayberləmə, zenkerləmə əməliyyatlarını, deşmə dəzgahlarında deşmə işlərini yerinə yetirmək
Yığma əməliyyatında pardax daşlarından istifadə etməklə təmizləmə işlərini,yığmada tələb olunan tərtibatlardan istifadə etmək:
Metal və detalların qaynaq üçün hazırlanması və qaynaqdan çıxmış detallarda çilingər işlərinin yerinə yetirilməsi:
Çilingər alətlərindən düzgün istifadə etmək:
Əmək intizamına, cəmiyyətdaxili və müəssisədaxili nizam-intizam qaydalarına əməl olunmasını:
İş yerində sanitariya, gigiyeniya, yanğından mühafizə və texniki təhlükəsizlik qaydalarına riayət olunmasını:
Cəmiyyətin ümumi yığıncağının qərarı ilə müəyyən edilmiş və cəmiyyətin rəhbəri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsini;
Əmiyyətin rəhbəri tərəfindən verilmiş tapşırıqların yerinə yetirilməsini;
İş prosesindən irəli gələn digər vəzifələri.
Əlavə məlumat üçün +994 55 202 33 62 / +994 55 220 03 35