Mikrokreditlər bölməsinin rəhbəri (Sumqayıt filialı)

İyun 24, 2025
Müraciət sonu: İyul 23, 2025
İndi Müraciət Et

İş Təsviri

Bank of Baku

Vəzifə öhdəlikləri:

Filialın Mikrokreditlər üzrə portfelinin artımına və keyfiyyətinə nəzarət edir;
Bank tərəfindən filialın Mikrokreditlər bölməsinin qarşısında müəyyən olunmuş hədəflərin yerinə yetirilməsinə nəzarət edir və bununla əlaqədar təkliflər verir;
Müştəri Xidmətləri Departamentinin/Filialın Kredit Komitəsinidə mütləq üzv kimi iştirak edir;
Müştəri Xidmətləri Departamentinin/Filialın Kiçik Kredit Komitəsinə sədrlik edir;
Filialın Mikrokreditlər bölməsinin əməkdaşlarının bankın daxili qaydalara və işguzar adətlərə əsasən öz vəzifələrini məsuliyyətlə yerinə yetirməsinə əmək intizamına, davamiyyətə və əməkdaşların geyim qaydalarına riayət etmələrinə nəzarət edir;
Tələblər:

Ali təhsil- İqtisadi-idarəetmə sahəsində
Sahə üzrə iş təcrübəsi 4-6 il
Dil biliyi- Azərbaycan dili- yüksək, Rus dili- orta
MS Office proqramları ilə işləmə bacarığı;
Biz sizə nə təklif edirik?

Karyera inkişafı üçün əlverişli mühit;
Fəaliyyət sahəsi üzrə təlimlərdə iştirak imkanı;
Komanda quruculuq tədbirlərində iştirak imkanı;
İdman zallarında endirim imkanları;
Mobil operatorun korporativ tariflərinə qoşulmaq imkanı;
Bölgələrdə yerləşən müxtəlif yüksək səviyyəli otellərdə endirimlər;
Könüllü tibbi sığorta;
Həyatın yığım sığortasına qoşulmaq imkanı.
Maraqlanan namizədlər Müraciət et düyməsində qeyd olunan linkə daxil olaraq müraciət edə bilərlər.