İş Təsviri
Alliance Logistics
Vəzifələri:
Tikinti sahəsinin fiziki təhlükəsizliyini təmin etmək.
Giriş-çıxış rejiminə nəzarət etmək, icazəsiz şəxslərin əraziyə daxil olmasının qarşısını almaq.
Ərazidə baş verə biləcək şübhəli hallar barədə dərhal rəhbərliyə məlumat vermək.
Kamera və digər müşahidə sistemlərindən istifadə edərək nəzarəti təmin etmək.
Tikinti sahəsində avadanlıqların, materialların oğurluq və zərər risklərindən qorunmasını təmin etmək.
Gecə növbələrində əraziyə mütəmadi baxış keçirmək.
Yanğın təhlükəsizliyi qaydalarına riayət olunmasına nəzarət etmək.
Fövqəladə hallarda (yanğın, qəza və s.) dərhal tədbir görmək və rəhbərliyi məlumatlandırmaq.
Tapşırılan digər müvafiq vəzifələri yerinə yetirmək.
Tələblər:
Orta və ya peşə təhsili
Mühafizə sahəsində (xüsusən tikinti obyektlərində) minimum 2 il iş təcrübəsi
Fiziki cəhətdən sağlam və dözümlü olmaq
Məsuliyyətli, diqqətli və intizamlı olmaq
Müşahidə qabiliyyəti və çevik reaksiyaya malik olmaq
Komanda ilə işləmə bacarığı
Növbəli iş qrafikində çalışmağa hazır olmaq
Gərgin və fövqəladə vəziyyətlərdə operativ bacarığına malik olmaq
Hərbi xidmət keçmiş və hərbi biletə sahib olmaq (kişilər üçün – üstünlükdür)