Mühasib

İyul 18, 2025
AZN1100 - AZN1200
Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Fire Safety Caspian Azerbaijan

Əmək haqqı: 1100-1200 AZN NET

Tələblər:

Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
Analoji sahə üzrə 3 ay və ya daha çox iş təcrübəsi
Yaş həddi: 20 – 45 yaş
Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
Vergi məcəlləsini bilməli
Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı
Müstəqil və ya komanda daxilində işləmək bacarığı
Şirkət daxili departamentlərlə birgə çalışmaq və daxili sifarişləri mütamadi olaraq izləmək
Vəzifə öhdəlikləri:

Mühasibat-maliyyə hesabatlarının müəyyən edilmiş müddətdə tərtib və təqdim edilməsini təşkil edir;
Daxil olan pul vəsaitlərinin uçotunu, mühasibat uçotu hesablarında onların hərəkətini, xərclərini, məhsulun satışını, iş və xidmətlərin yerinə yetirilməsini, maliyyə və kredit əməliyyatlarının uçotunu təşkil edir;
İnzibati və digər xərclərin, debitor borclarının, çatışmazlıqların və itkilərin mühasibat balanslarından düzgün silinməsini təşkil edir;
Əmək haqqı, ezam və son haqq-hesabların hesablanması və ödənilməsinə nəzarət və düzgün hesablarda əks olunması;
Xarici ölkədən idxal olunan malların 1C proqramına işlənməsi;
Xarici ölkədən idxal olunan malların gömrük ödənişlərinin hesablanaraq İnternet bakinq və e-taxes vasitəsilə icra edilməsi;
Tender üzrə tələb olunan sənədlərin toplanması və iştirk haqqlarının ödənilməsini həyata keçirilməsi;
Dövlət büdcəsinə məcburi ödəməli, vergi, dövlət sosial sığorta fonduna ayırmaları, digər rüsum və ayırmaların ödənilməsini təşkil edir;
Debitor və kreditor borclarının mühasibat uçotu hesablarında düzgün əks etdirilməsini təmin edir;
E-qaimə fakturalarının yazılması, vergi qanunvericiliyi ilə dəqiq işləmək bacarıq-Bank əməliyyatının həyata keçirilməsi, qaimə və vergi hesab fakturalarının yazılması;
Mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi;
Gündəlik və aylıq hesabatların tərtib edilməsi;
Daxili hesabatların hazırlanması və təqdim olunması;
Mühasibat, vergi uçotu və DSMF, statistika ilə bağlı əməliyyatlar;
ƏDV ilə işləmə bacarığı;
Vergi orqanlarından daxil olan məktubların nəzarətdə saxlanılması və müvafiq yazışmaların aparılması;
Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Göndərilən məktubun “mövzü” yerində “Mühasib” qeyd edin.