Mühasib-operator

İyul 18, 2025
AZN600 - AZN700
Müraciət sonu: Avqust 17, 2025
İndi Müraciət Et

İş Təsviri

Fire Safety Caspian Azerbaijan

Əmək haqqı: 600-700 AZN

Tələblər:

Ali təhsil (Maliyyə və ya mühasibatlıq üzrə)
Analoji sahə üzrə 3 ay və ya daha çox iş təcrübəsi
Yaş həddi: 20 – 30 yaş
Excell ( peşəkar səviyyədə bilməli) və 1C proqramında işləmə bacarığı
Azərbaycan dilində yüksək səviyyədə danışmaq və yazışmaları aparmaq bacarığı
Müstəqil və ya komanda daxilində işləmək bacarığı
Şirkət daxili departamentlərlə birgə çalışmaq və daxili sifarişləri mütamadi olaraq izləmək
Vəzifə öhdəlikləri:

Mühasibat əməliyyatlarının 1C mühasibatlıq proqramına daxil edilməsi;
Köçürülən və daxil olan vəsaitlərin 1C proqramına işlənməsi;
İstehsala silinmiş malların 1C proqramına işlənməsi;
Bank əməliyyatının həyata keçirilməsi;
Ödənişlərin İnternet bakinq və e-taxes vasitəsilə icra edilməsi;
Debitor və Kreditor hesabatının hazırlanması;
Debitorların izlənilməsi və ödənişləri təmin edilməsi;
Konragentlərələ bağlanmış müqavilələrin arxivləşdirilməsi;
Nağd kassa əməliyyatlarının uçotunun aparılması;
E-qaimə fakturalarının yazılması, hesab fakturaların hazırlanması, təhvil-təslim aktlarının tərtib olunması;
Rəhbərliyin verdiyi digər tapşırıqların yerinə yetirilməsi;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Göndərilən məktubun “mövzü” yerində “Mühasib operator” qeyd edin.