İş Təsviri
Qala Sigorta
İş yeri: “Qala Sığorta” Şirkəti
Tələb edilən bilik, bacarıq və təcrübə:
Ali və ya orta təhsil (ali təhsilə üstünlük verilir);
Azərbaycan və rus dillərində səlis danışmaq, baza ingilis dili biliyi arzuolunandır;
MS Office proqramlarında işləmək bacarığı;
Vaxtın idarəedilməsi bacarığı;
Ünsiyyət bacarığı;
Dinləmək bacarığı;
Stressə davamlılıq;
Operativlik;
Yeniliklərə açıq;
Konstruktiv əlaqələr qurmaq bacarığı;
Nəticəyə nail olmaq;
Məntiqi təfəkkür;
İntizamlılıq və tez öyrənmə bacarığı;
Sığorta sahəsində texniki biliklər, sığorta məhsulları və xidmətləri barədə məlumatlılıq üstünlükdür;
Çağrı mərkəzində iş təcrübəsi üstünlükdür.
Vəzi̇fə və öhdəli̇klər:
Daxil olan zənglərin fasiləsiz və keyfiyyətli şəkildə qəbul olunmasını və cavablandırılmasını həyata keçirmək;
Daxil olan müraciətlər cavablandırılarkən Şirkətin elektron informasiya sistemində müvafiq qeydlər aparmaq;
Daxil olan zəngləri seqmentləşdirərək əlaqəli struktur vahidinə yönləndirmək;
Müştəri məmnuniyyətinin təmin olunması məqsədlərinə nail olmaq üçün müştərilərdən geridönüşlər almaq;
Daxil olan sorğuları yazılı cavablandırmaq;
Buraxılmış zənglərə geridönüşlər etmək;
Əmək şəraitinin şərtləri:
Çağrı Mərkəzinin 24/7 işi ilə bağlı olaraq növbəli iş rejimi;
Əmək qanunvericiliyinə uyğun rəsmiləşdirmə;
Əmək haqqı müsahibə zamanı müəyyən ediləcək