Müştəri xidmətləri üzrə köməkçi

Müraciət sonu: İyun 26, 2025
İndi Müraciət Et

İş Təsviri

Group Motors

Azərbaycan Respublikasında Honda, Mazda, Mitsubishi, Subaru, Ford, Toyota və Neta avtomobil brendlərinin rəsmi distribyutoru Group Motors şirkəti “Müştəri xidmətləri üzrə köməkçi” vəzifəsinə işçi qəbulu elan edir.

Vəzifə öhdəliklər:

Ofisin qeydiyyat sisteminə nəzarət etmək;
Poçtla göndərilən məktubları, bağlamaları açmaq və paylamaq;
Qeydiyyat sənədləri və faylların məxfiliyini qorumaq;
Reception xidmətləri göstərmək;
Qonaqları salamlamaq, qeydiyyatını aparmaq və onlara kömək etmək;
Telefon zənglərinə cavab vermək və onları yönləndirmək;
Sorğulara cavab vermək və ya zəngləri şəxsi heyətin müvafiq üzvünə yönləndirmək;
Müştəri xidmətləri, Təlim və Keyfiyyətə nəzarət şöbəsinin fəaliyyətində birbaşa iştirak etmək;
Rəhbərlikdən alınan tapşırıq əsasında öz işini təşkil etmək;
Müdriyyətin verdiyi gündəlik tapşırıqların yerinə yetirilməsi.
Namizədlərə tələblər:

Xanım namizədlər;
Yaş: 18-35;
Qeyd olunan sahədə 1 il iş təcrübəsi;
Ali təhsil;
Xoşagələn zahiri görünüş;
Azərbaycan və rus dillərini bilməli, ingilis dilinin bilməsi üstünlükdür;
Ciddi kollektivdə işləmə bacarığı yüksək səviyyədə olmalıdır;
Fikrini izah etmək qabliyyəti, ünsiyyət yaratmaq bacarığı;
Stres altında işləmə qabiliyyəti;
Eyni zamanda müxtəlif işləri görmək qabiliyyəti;
Fəal və işə planlı yanaşma.