İş Təsviri
Elit Leasing MMC
İşin təsviri:
Daxili qayda və prosedurlara uyğun olaraq müraciətləri emal etmək;
Müştəri ilə görüş təşkil etmək və mövcud gəlirlərin maliyyə təhlilini aparmaq;
Lizinq üzrə ödənişlərlə əlaqədar müştəriləri məlumatlandırmaq və gecikdirən müştərilərə dair işi daxili qaydalara uyğun icra etmək.
Səndələşmə üzrə müvafiq tapşırıqları yerinə yetirmək;
Namizədə olan tələblər:
Ali təhsil; (Maliyyə ixtisası üzrə Ali təhsil əlavə üstünlükdür)
Azərbaycan dili səlis (Rus dili biliyi əlavə üstünlükdür),
Microsoft Office proqramlarında (Word və MS Exell) sərbəst işləmək bacarığı;
Komandada işləmək bacarığı;
Səlis ünsiyyət bacarığı;
Dürüstlük və operativlik;
Məsuliyyətlilik və diqqətlilik;
Şəffaflıq və davranış qaydalarına riayət etmək;
Microsoft Office proqramlarında (Word və MS Exell) sərbəst işləmək bacarığı;
Sənədlərlə düzgün işləmə bacarığı.
Minik nəqliyyat vasitələri barədə ümumi məlumat
Sürücülük bacarığı və sürücülük hüququnun olması
Biz sizə nə təklif edirik?
Karyera inkişafı üçün əlverişli mühit;
Peşəkar kollektivdə çalışmağın üstünlüyü;
Yüksək komanda ruhunda əməkdaşlıq;
Təcrübə müddəti 14-30 gün. Təcrübə müddətini uğurla bitirən namizədin, müvafiq işə qəbul müsahibəsi əsasında işə qəbulu nəzərdə tutulub.