İş Təsviri
Baku City Circuit Operating Company
Layihə: 3-cü MDB Oyunları
İş yeri: Gəncə şəhəri
Müqavilə müddəti: Müvəqqəti (layihə dövrü üçün)
Vəzifə öhdəlikləri:
Təhlükəsizlik qaydalarına əməl olunmasını təmin etmək
Oyunların keçirildiyi ərazilərin fiziki təhlükəsizliyini qorumaq
Ziyarətçilərin, iştirakçıların və əməkdaşların təhlükəsizliyinə nəzarət etmək
Giriş-çıxış nöqtələrində nəzarəti həyata keçirmək
Şübhəli halları aşkarlamaq və dərhal müvafiq şəxslərə məlumat vermək
Lazım gəldikdə müvafiq hadisələr haqqında hesabatlar hazırlamaq
Namizədə tələblər:
Gəncə şəhərində yaşamaq
22-35 yaş aralığında olmaq
Ən azı orta təhsil
Oxşar sahədə iş təcrübəsi üstünlükdür
Məsuliyyətli, diqqətli və intizamlı olmaq
Komanda ilə işləmək bacarığı
Fiziki cəhətdən sağlam və çevik olmaq
Növbəli iş qrafikində işləmək imkanının olması