İş Təsviri
ERRA SUPPLY MMC
İş şəraiti:
Əmək haqqı: Təcrübə dövründə (2–3 ay) nəqliyyat xərcləri və nahar qarşılanır. Təcrübə mərhələsini uğurla tamamlayan namizədlərə əmək haqqı razılaşma əsasında təyin ediləcəkdir.
İş qrafiki: 6 günlük iş həftəsi – bazar ertəsi–cümə: 10:00–18:00, şənbə: qısaldılmış iş günü;
İş yeri: Bakı şəhəri, Əhməd Rəcəbli küçəsi, 50H;
İş təcrübəsi: olması üstünlükdür;
Dil bilikləri: İngilis və Rus dillərini bilmək üstünlükdür;
Tələblərə cavab verən, lakin təcrübəsi olmayan namizədlərə iş öyrədiləcəkdir.
Namizədə tələblər:
Dövlət İmtahan Mərkəzinin keçirdiyi ali məktəblərə qəbul imtahanından minimum 500 bal toplamış olmalı (DİM nəticəsinin sənəd şəklində əlavə olunması vacibdir);
1-ci və 2-ci ixtisas qrupları üzrə təhsil almış, riyazi bilikləri güclü və analitik düşünmə qabiliyyətinə malik olmaq;
Mühasibat uçotu və kargüzarlıq sahəsində baza bilikləri;
Müvafiq ofis proqramlarında orta səviyyədə işləmə bacarığı.
Vəzifə öhdəlikləri:
Bank və ƏDV depozit hesabı üzrə əməliyyatların aparılması;
Müqavilələrin, elektron qaimə-fakturaların və hesab-fakturaların hazırlanması;
Qarşılıqlı hesablaşma və üzləşmə aktlarının, təhvil-təslim sənədlərinin tərtibi;
Debitor və kreditorlarla hesablaşmaların aparılması;
Aylıq ödənişlərin icrası və uyğunsuzluqların araşdırılması;
Kassa əməliyyatlarının aparılması, mədaxil və məxaric orderlərinin yazılması.
Müraciət qaydası:
CV-lərinizi mövzu hissəsində “Mühasib Köməkçisi təcrübə” qeyd etməklə Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.