Təcrübə proqramı

İyun 3, 2025
Müraciət sonu: İyul 2, 2025
İndi Müraciət Et

İş Təsviri

Accounting Solutions MMC

Accounting Solutions MMC ödənişli təcrübə proqramı elan edir.

Ödəniş təcrübəçi tərəfindən ödəniləcəkdir.

Mühasib-operator olaraq peşə fəaliyyətinə başlamağınız üçün lazımı bütün bilik və bacarıqları bu təcrübə proqramında əldə edəcəksiniz.

Təcrübə proqramı maksimum 5 nəfərdən ibarət olacaqdır və proqramın sonunda uğurlu və üstün nəticə göstərmiş 2 nəfər müəssisəmizdə işlə təmin ediləcəkdir.

Öyrənəcəkləriniz.

Asan imza nədir və necə əldə etməli
Hüquqi şəxsin təsis edilməsi və onlayn qeydiyyat prosesi
Fiziki şəxsin uçota alınma prosesi (VÖEN-nün əldə edilməsi)
Təsərrüfat subyektinin https://new.e-taxes.gov.az/ portalı vasitəsi ilə qeydiyyatı
Müqavilələrin, qiymət razılaşdırma protokollarının və hesab fakturaların tərtib olunması
Bütün növ elektron qaimə fakturaların https://new.e-taxes.gov.az/ portalı vasitəsi ilə tərtib olunması
EFP proqram təminatı ilə tanışlıq
Elektron qaimə fakturaların EFP proqram təminatı vasitəsi ilə tərtib olunması
Əvəzləşən qaimə fakturaların EFP proqram təminatı ilə avtomatik olaraq e-qaimə sisteminə yüklənməsi
Fəaliyyət kodlarının seçilməsi
Şəxsi hesab vərəqə ilə tanışlıq və şəxsi hesab vərəqənin düzgün təhlil olunması
Debitor/kreditorlarla hesablaşmaların aparılması və üzləşmə aktlarının tərtib olunması
ƏMAS portalı ilə iş
Əmək müqavilələrinin bağlanılması, xitam olunması və əmrlərin yaradılması
Bankların internet bankinq sistemləri ilə tanışlıq və bütün növ ödənişlərin icrası
Əmək haqqı və biznes kartların sifarişi
https://new.e-taxes.gov.az/ portalı vasitəsi ilə bəyannamələrin təqdim olunması
ƏDV, Mənfəət, Gəlir, Sadələşdirilmiş, Əmlak, ÖMV, Torpaq, Aksiz, Mədən vergisi bəyannamələrinin tərtib olunması və təqdim olunması
Daxil olan bütün növ kameral uyğunsuzluq məktublarının araşdırılması və qanuni əsaslarla uyğunsuzluqların və kənarlaşmaların aradan qaldırlma yolları
Dövlət statistika komitəsinə təqdim olunan hesabatlar (aylıq, rüblük, illik)
https://e.customs.gov.az/ portalı ilə işləmək
Müqavilələrə gömrük kodunun alınması və xarici köçürmələrin icra edilməsi
Gömrük bəyannamələrinin sətrlər üzrə izahı
Mühasibat uçotunun ikili hesablar T hesablar barədə ümumi məlumat
1C 8.3 redaksiya 3.0 proqram təminatında öyrənəcəkləriniz.

Daxil olan və xaric olan pul vəsaitlərinin təyinatlarına müvafiq olaraq əks etdirilməsi
Alış, satış və geri qaytarmaların işlənilməsi
Kadrların işə qəbul olunması, işdən xaric olunması və kadrlarla bağlı dəyişiklik
Əmək haqqının hesablanması və bankdan əmək haqqının köçürülməsi
İcarə haqqlarının ödənilməsi və icarə haqqlarına görə ödəmə mənbəyində tutulan verginin proqramda əks etdirilməsi
İdxal və ixrac əməliyyatlarının proqram təminatına işlənilməsi
1c proqramında idxal olunan malların maya dəyərinin formalaşması
Dövriyyə saldo cədvəlinin formalaşması (hesablar üzrə izah olunacaqdır)
Yuxarıda qeyd etdiyimiz bütün bu əməliyyatları təcrübədə əyani olaraq gündəlik iş fəaliyyəti zamanı sizlərə tədris edəcəyik.

Əlaqə üçün: +99410 212 23 45