İş Təsviri
ERTagro
İşin təsviri
Karyeranıza birbaşa start vermək istəyirsinizsə, daha nə gözləyirsiniz? Biz sizi bizim maraqlı staj proqramımıza qatılmağa dəvət edirik. Bu proqram, istəkli profesional əməkdaşlarımızın sahədə təcrübə və qiymətli biliklər əldə etmək üçün unikal imkan təklif edir.
Təcrübə Proqramı haqqında:
2 ay müddətinə təşkil olunan staj proqramımız, motivasiyalı şəxslərə satınalma proseslərini ətraflı şəkildə başa düşmələrini təmin edəcək və onların bacarıqlarını inkişaf etdirmələrinə kömək edəcək şəkildə hazırlanmışdır.
Tələblər:
Ali Iqtisadi Təhsil
Dil biliyi: Rus və İngilis dili biliyi mütləqdir.
Yaş: 21-30
Cins:Fərq etmir.
MS Office bilikləri (Xüsusi ilə Excel)
Analitik düşünmə qabiliyyəti
Məntiqi və riyazi analiz qabiliyyəti
Öyrənməyə və inkişafa yüksək həvəs;
Məsuliyyətlilik və detallara qarşı diqqətlilik;
Təşkilatçılıq, koordinasiya qabiliyyəti
İş şəraiti:
Təcrübə müddəti ödənişsizdir.
İş vaxtı: 09:30-dan-18:30 dək
İstirahət günləri: Bazar günü
Nahar şirkət tərəfindən təmin edilir.
Təcrübə müddətini uğurla keçən Təcrübəçi işlə təmin ediləcək
Qəbul Şərtləri:
Sahə üzrə müvafiq marağın göstərilməsi.
Əlaqə yaratma, komanda işi və problemləri həll etmə bacarığı.
Sürətlə dəyişən və dinamik iş mühitinə uyğunlaşma qabiliyyəti.
Təcrübə proqramını uğurla bitirən təcrübəçilər işlə təmin olunacaqdır.
Qeyd: Müraciət etmək istəyən namizədlər şəkilli CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına mövzu hissəsinə “Xarici satınalma üzrə Təcrübəçi” qeyd edərək göndərə bilərsiniz
Ünvan: Bakı şəhəri, Lökbatan, Binə bazarı yaxınlığı.