İş Təsviri
PASHA Insurance
Vəzifə öhdəlikləri
İddia ərizələrinin, etirazların, apellyasiya və kassasiya şikayətlərinin, icra qeydlərinin, vəsatətlərin hazırlanması;
Cəmiyyətin maraq və mənafelərinin məhkəmədə qorunması;
Tələb edilən sənəd və məlumatların əldə edilməsi məqsədilə müvafiq qurumlara sorğu və müraciətlərin göndərilməsi;
Cəmiyyətin mediasiya proseslərində iştirakının təmin olunması və maraqlarının qorunması;
Məhkəmə qərarlarının icrasının təmin edilməsi istiqamətində müvafiq struktur bölməyə hüquqi dəstək göstərilməsi;
Dövlət orqanları və digər qurumlarla münasibətdə Cəmiyyəti təmsil etmək və bununla bağlı Cəmiyyətin maraqlarının qorunması;
Məhkəmə işlərinin qeydiyyatının aparılması və dövri olaraq hesabatların təqdim edilməsi;
Sığorta ödənişindən imtina barədə hazırlanmış məktubların hüquqi əsaslandırma hissəsinə dair rəy verilməsi;
Öz fəaliyyətinə aid olan məsələlər ilə bağlı məktub, ərizə və şikayətlərə cavab hazırlanması;
Məhkəmə qərarlarını təhlil etmək, məhkəmə mübahisələrinə səbəb olan halları araşdırmaq, həmin halların aradan qaldırılması məqsədi ilə təkliflər vermək.
Bilik və bacarıqlar
Ali hüquq təhsili;
Yüksək səviyyədə hüquqi yazı bacarıqları;
Azərbaycan dilini mükəmməl, ingilis dilini yaxşı səviyyədə bilmək;
MS Office proqramlarını (Word, Excel) praktiki yüksək səviyyədə bilmək;
Komandada işləmək və yüksək ünsiyyət bacarıqları;
Tədqiqat, araşdırma və analitik bacarıqlar;
Planlaşdırma, təşkilatçılıq və vaxtın idarə edilməsi bacarıqları;
Ən azı 2 il müvafiq sahə üzrə iş təcrübəsi (Sığorta sahəsində təcrübəsi olanlara üstünlük verilir)
Zəhmət olmasa, müraciət etdiyiniz vəzifənin adını “mövzu” bölməsində qeyd etməklə CV-nizi Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərin.