İş Təsviri
Badamdar Hotel & Residences
Əmək funksiyası:
Təhlükəsizlik şöbəsinin işçiləri və rəhbərliyə məlumat verilməsi üçün qeydiyyat jurnalında təhlükəsizliklə bağlı bütün hadisələri qeyd edir;
Vestibüllər, dəhlizlər, qonaq otaqları və ictimai ərazilərdə keşik çəkmək, eyni zamanda heç bir yanğın, təhlükəsiz şəraitlər və / yaxud çatışmayan, ya da işləməyən təhlükəsizlik avadanlıqlarının olmadığına əmin olur;
Kömək üçün hər hansı çağırışlarda iştirak edir;
Açarların verilməsi ilə bağlı otel siyasət və prosedurlarına hər zaman riayət olunmasını təmin edir;
Bütün qonaqlar, o cümlədən təchizatçılar, podratçılar, yarım-ştat işçilər, əməkdaşlar və s. tərəfindən təhlükəsizlik vəsiqələrinin verilməsi ilə əlaqəli otelin siyasət və prosedurlarına riayət olunduğunu təmin edir.
İşçilərin giriş qapısı, nəzarət otağı, gözətçi otağı, əsas giriş, eləcə də otelin avtomobil yolu kimi təyin edilmiş postlar üçün tapşırıqlar və öhdəliklərin hər zaman peşəkar səviyyədə yerinə yetirilməsini təmin edir;
Fövqəladə vəziyyətlərdə təyin edilmiş tapşırıqlara köməklik göstərir;
Oteldə yanğın zamanı və təxliyə prosesində təyin edilmiş öhdəlikləri yerinə yetirməyə kömək edir;
Təxliyə çıxışlarının hər zaman maneəsiz olduğunu təmin edir;
Hər hansı şübhəli şəxs olduqda, ona (nəzakətlə və etik qaydada) müvafiq suallar vermək; sorğu olunan şəxsin qənaətbəxş cavab vermədiyi təqdirdə, həmin şəxsin içəri daxil olmasına icazə verməmək; hər hansı problem yarandıqda, dərhal kömək üçün müraciət edir;
Otelin planına daxil olan hər bir element, o cümlədən suçiləmə sistemi, tüstü detektorları, yanğınla mübarizə avadanlıqları, qəza çıxışları, yanğına nəzarət otağı, yanğın indikatoru panelləri, qəza təxliyəsi, ümumi məlumatlandırma sistemləri (radioqovşaq), oteldən kənarda yerləşən fövqəladə toplantı ərazisi, yanğın / bomba təhlükəsi və təhlükəsizlik prosedurları, otelin xidməti liftləri və təcili tibbi yardım avadanlıqlarının yerləri və iş funksiyaları haqqında məlumatlı olmalıdır
Tələblər:
Təhsil:
Orta təhsil;
Bilik və Bacarıqlar:
Fiziki dözümlülük;
Nəzarət və yoxlama avadanlıqların istifadəsi üzrə biliklər;
Yanğın söndürmə üzrə biliklər;
Stress altında işləmə;
Problem həll etmə bacarığı;
Detallara diqqətli olmaq;
Dil bilikləri:
Azərbaycan dili – sərbəst;
Rus və ya ingilis dili – arzuolunandır;
Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi üzrə Öhdəliklər:
SƏTƏM siyasətləri və prosedurlarından xəbərdar olmaq və bütün prosedurların təhlükəsiz və SƏTƏM prinsipləri çərçivəsində keçirilməsini təmin etmək;
Ehtiyatlılığa riayət etmək öhdəliyindən xəbərdar olmaq və Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin mühafizəsi qanunvericiliyinə, siyasətlərinə və proseduralarına riayət etmək;
Əmlak təhlükəsizliyi, ilkin tibbi yardım, yanğın və fövqəladə hal proseduraları ilə tanış olmaq və avadanlığı təhlükəsiz və düşüncəli tərzdə istismar etmək;
Təhlükəli vəziyyətin aradan qaldırılması üçün tədbir görmək və aidiyyəti şəxslərə potensial təhlükələr haqqında məlumat vermək;
Digər öhdəliklər:
Qanunvericilik və təşkilatdaxili prosedurların tələblərinə riayət etmək;
Geyim kodeksi tələblərinə, xarici görünüş və gigiyena ilə bağlı ən yüksək standartlara riayət etmək;
Peşəkar iş münasibətləri çərçivəsində fəaliyyət göstərmək;
Tələb olunduqda, təlim sessiyaları və toplantılarda iştirak etmək;
Təyin edilmiş digər müvafiq vəzifə və öhdəlikləri yerinə yetirmək;
Maraqlanan namizədlər öz CV-lərini Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər.