NÖC və Avtomatlaşdırma üzrə növbə mütəxəssisi

İyul 8, 2025
Müraciət sonu: Avqust 7, 2025
İndi Müraciət Et

İş Təsviri

AzerFloat

Azerfloat komandası olaraq biz sizə vəd edirik:

Öz bilik və bacarıqlarınızı nümayiş etdirmək üçün şəffaf seçim prosesi;
Müvəffəqiyyətli karyera üçün sizə lazım olacaq fərdi və peşəkar bacarıqlarınızı inkişaf etdirmək imkanı;
Daim araşdırmaq, yeniliyə və təşşəbüskarlığa önəm verən xarici və yerli peşəkarlarla təcrübə mübadiləsi imkanı;
Davamlı inkişafda olan peşəkar komandanın üzvü olmaq imkanı;
İş yeri: Azerfloat QSC/ Sumqayıt Kimya Sənaye Parkı

Vəzifə və Öhdəlikləri:

Avtomatika və nəzarət-ölçü cihazlarında baş verən nasazlıqları təyin etmək, təmir etmək və ya yenisi ilə əvəz olunmasını təmin etmək;
NÖC və Avtomatika mühəndisinin hazırladığı texniki baxış planına uyğun olaraq cihazlara texniki baxışı vaxtında həyata keçirmək;
Avtomatika qurğu və cihazlarının təmiri və montajı zamanı alət və cihazlardan düzgün şəkildə istifadə etmək;
İstehsal prosesində və növbə ərzində baş verə biləcək texniki uyğunsuzluqları operativ şəkildə aradan qaldırmaq;
Avadanlıqların etibarlılığını vaxtaşırı yoxlamaq və parametrlərini izləmək;
Avtomatika avadanlıqlarının texniki istismar qaydalarına uyğun olaraq daima işlək vəziyyətdə olmasını təmin etmək;
İstehsal alqoritmlərini bilmək və SCADA sistemləri vasitəsilə prosesə nəzarət etmək, yaranmış xətaları analiz edib aradan qaldırmaq;
Zavod ərazisindəki qurğuların texniki sənədlərini (manuallar, sxemlər və s.) öyrənmək və tətbiq etmək;
Yerinə yetiriləcək işlə bağlı mövcud və potensial təhlükələri müəyyənləşdirmək və iş mühitinin təhlükəsizliyini təmin etmək
Bilməlidir:

Avtomatika və NÖC sistemləri üzrə nəzəri və praktiki biliklər;
PLC, SCADA sistemləri ilə işləmə qaydalarını;
Nəzarət-ölçü cihazlarının quruluşunu və funksiyalarını;
Elektrik və avtomatika sxemlərini oxumağı;
Texniki diaqnostika, təmir və texniki baxış bacarığı;
Əməyin mühafizəsi və təhlükəsizlik qaydalarına ciddi riayət
Namizəd üçün tələblər:

Müvafiq istiqamət üzrə ali təhsil;
Sahə üzrə 3-5 il iş təcrübəsi;
Microsoft Office;
İngilis və ya Rus dilləri arzuolunandır;
Məsuliyyət və dəqiqlik;
Analiz etmə qabiliyyəti;
Dəqiqlik və diqqətlilik;
Mexaniki və texniki düşüncə bacarığı
İş şəraiti:

İş qrafiki: növbəli;
İş yeri: Sumqayıt Kimya Sənaye parkı;
Nahar əvəzi əlavə ödəniş verilir;
Tibbi sığorta;
Servis;
Əmək haqqı: Müsahibə zamanı namizədin bilik və bacarığına uyğun təyin olunacaqdır
Mövzü yerinə “NÖC və Avtomatlaşdırma üzrə növbə mütəxəssisi” yazıb Müraciət et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərməyiniz xahiş olunur.