İş Təsviri
AZFEN MMC
Ümumi Tələblər:
Metal konstruksiya və/ya Neft-Qaz sənayesində minimum 7 il iş təcrübəsi
İstehsalat müəssisəsində qaynaq və tikinti texnologiyaları üzrə yaxşı anlayış
API, BS, GOST və EEMUA kimi beynəlxalq kod və standartlar üzrə bilik
AutoCAD proqramında inkişaf etmiş 2D çertyoj hazırlama bacarığı
TEKLA, həmçinin Microsoft Excel və Word proqramlarında yüksək səviyyədə işləmə bacarığı
Yaxşı təşkilati və insanlarla ünsiyyət bacarığı, təzyiq altında işləmə qabiliyyəti
Şifahi və yazılı formada mükəmməl ünsiyyət bacarığı
Müstəqil qərarvermə, təşəbbüskar davranma və aktiv işləmə bacarığı
Peşəkar hesabat yazma bacarığı, müştəri görüşlərində iştirak və təqdimat etmə təcrübəsi
Mülki, Struktur və ya Mexaniki mühəndislik üzrə ali təhsil
İngilis dilində yüksək səviyyədə ünsiyyət bacarığı
İşin Təsviri:
Komandaya rəhbərlik etmək
Hazırlanmış emalatxana çertyojlarını texniki baxımdan yoxlamaq və müştəri standart/specifikasiyalarına uyğunluğunu təmin etmək
Hazırlanan sənədlərin müvafiq prosedurlar və təhlükəsizlik qaydalarına uyğun olmasına nəzarət etmək
Həftəlik fəaliyyət və irəliləyiş hesabatlarını hazırlamaq
Struktur tikinti komandası ilə əlaqə və koordinasiya qurmaq
Layihələr çərçivəsində, o cümlədən uzaqdan işləyən komandalarla, mühəndis və texniklərdən ibarət komandanın effektiv və iqtisadi fəaliyyətinə cavabdeh olmaq
Müştərinin tələblərini və gözləntilərini müəyyənləşdirmək və effektiv şəkildə yerinə yetirmək
Eyni anda bir neçə layihənin idarə olunmasını təmin etmək üçün vaxt və vəzifələri planlı şəkildə təşkil etmək
Komanda üzvlərini motivasiya etmək, təlim, mentorluq və yönləndirmə yolu ilə inkişaf etdirmək
Layihələrin vaxtında və büdcəyə uyğun şəkildə tamamlanması üçün resursları effektiv şəkildə idarə etmək
Yeni biznes imkanlarının müəyyən olunmasına dəstək vermək
Şirkətin sağlamlıq və təhlükəsizlik siyasəti ilə tanış olmaq və ona riayət etmək
Əlaqə:
Tural Həsənov – e-mail: Tural.Hasanov@azfen.com
Ülkər Mahmudova – e-mail: Ulker.Mahmudova@azfen.com