İş Təsviri
Pult Oyun Mekani
İş barədə məlumat
– İş yeri: Pult Oyun Mekanı
Əmək funksiyası:
– Pult Oyun mekanının, yemək sahəsinin, funksional hazırlığını tamamlamaq və xidmət tələblərinə uyğun olaraq müştərilərin rahatlığını və istirahətini təmin etmək;
– Müştəriləri salamlamaq, onların kabinetlərdə və ya zalda əyləşdirilməsinə kömək etmək, seçimə uyğun playstation oyununun qoşulmasına kömək etmək və yeməkdən əvvəlki xidmətləri göstərmək;
– Müştərilərə menyu və içki siyahılarını təqdim etmək, aydın təsvirlər və izahlar vermək, suallara düzgün və nəzakətli şəkildə cavab vermək;
– Sifarişləri qəbul etmək, mətbəxə və bara ötürmək və bu zaman müvafiq olduğu təqdirdə hər hansı xüsusi tələb, pəhriz və ya mədəni tələblər barədə məlumat vermək;
– Xidmət və yeməyin çatdırılma prosesini müşahidə etməklə müştəri ilə minimum təmas şəraitində xidmət prosesinin münasib vaxtında ərzaq, içki və qabları masaya vermək və təmizləmək;
– Müştərinin məmnunluğunu təmin etmək;
– Müştərilərin istəkləri əsasında hesabları hazırlamaq və onlara təqdim etmək;
– Müştərilərdə təkrar geri qayıtmağa həvəs oyatmaq məqsədilə onları nəzakətli şəkildə yola salmaq;
– Kommunikasiya və informasiya axını səviyyəsini yüksəltmək məqsədilə xidmətdən əvvəl, xidmət zamanı və xidmətdən sonra mətbəx, bar işçiləri və digər ofisiantlar ilə ünsiyyət qurmaq;
Şərtlər:
– Rəsmi əmək müqaviləsi
– Əmək haqqı: 500-700 AZN + bonus
– Maaşı bir neçə dəfə avans şəklində almaq mümkündür
– Yemək şirkət tərəfindən verilir.
Namizədə tələblər
– Minimum 1 il iş təcrübəsi olmalıdır
– R keeper sistemini bilməsi arzu olunandır
What’s App – özünüz haqda məlumat və ya cv-nizi göndərə bilərsiniz.