İş Təsviri
Novo Pharm
VƏZİFƏ VƏ MƏSULİYYƏTLƏR:
Optik reseptə uyğun olaraq düzgün ölçü və dizayn ilə müvafiq məlumatların verilməsi;
Çərçivə və şüşələri seçməkdə müştəriyə köməklik edilməsi;
Linzaların spesifikasiyalara uyğun olmasının təmin edilməsi;
Şüşələrin sifarişləri üçün müvafiq şöbəyə müraciətlərin edilməsi;
Müştərilərin iş sifarişlərinin, reseptlərinin və ödənişlərinin qeydinin aparılması.
TƏLƏBLƏR:
Təhsil: Orta;
Sahə üzrə 1-3 il təcrübə;
Dil bilikləri: Rus dili – mükəmməl, İngilis dili– üstünlükdür;
MS Office proqramları ilə işləmə bacarığı;
Dəqiq, nizam-intizamlı və məsuliyyətli olmaq;
Komandada işləmə, stressə dayanıqlı və problem həll etmə bacarığına malik olan.
TƏKLİFLƏR:
Özəl tibbi sığorta;
Karyera yüksəlişi;
Müvafiq sahədə peşəkar inkişaf.
Ərazi: Elmlər, Amburan mall, İçərişəhər, Atatürk prospekti, Ağ şəhər.
Maraqlananlar CV-lərini Müraciət Et düyməsində qeyd olunan elektron poçt ünvanına göndərə bilərlər. Elektron məktubun mövzu (subject, тема) hissəsində “Optik Məsləhətçi” yazmaq tələb olunur. Yalnız seçilmiş namizədlərlə əlaqə saxlanılacaq.