Optimallaşdırma üzrə Layihə Rəhbəri

Müraciət sonu: Avqust 3, 2025
İndi Müraciət Et

İş Təsviri

METAK

İşin təsviri
İstehsalatda konsepsiyadan tətbiqə qədər optimallaşdırma layihələrini idarə etmək;
Cari prosesləri təhlil etmək və səmərəsizlikləri, darboğazları və xərclərə qənaət imkanlarını müəyyənləşdirmək;
Proses təkmilləşdirmələrini həyata keçirmək üçün Lean, Six Sigma, Kaizen, 5S kimi metodologiyalardan istifadə etmək;
Tələbləri toplamaq və layihə məqsədlərinə uyğunluğu təmin etmək üçün maraqlı tərəflərlə əməkdaşlıq etmək;
Layihənin gedişatını və performans göstəricilərini monitorinq etmək;
Rəhbərlik üçün aydın sənədlər və layihə hesabatları hazırlamaq;
Seminarlara, təlimlərə və davamlı təkmilləşdirmə təşəbbüslərinə dəstək göstərmək;
Dəyişikliklərin idarə edilməsi təcrübələrinin layihənin icrasına inteqrasiyasını təmin etmək.
Tələblər
Biznes, Mühəndislik, Əməliyyatların İdarəedilməsi və ya Sənaye mühəndisli üzrə bakalavr dərəcəsi (Magistr dərəcəsinə üstünlük verilir);
İstehsalat sahəsində Layihənin idarə edilməsi, prosesin təkmilləşdirilməsi üzrə 3-5 illik təcrübə;
Layihə İdarəetmə sertifikatı (PMP, PRINCE2) və/və ya Lean Six Sigma sertifikatı üstünlükdür;
Güclü analitik bacarıqları (Excel, Power BI proqramlada işləmək) ;
Əla ünsiyyət, liderlik və maraqlı tərəflərin idarə edilməsi bacarıqları.
Tənqidi düşünmə və problem həll etmə;
Güclü təşkilatçılıq və vaxtı idarə etmə bacarığı.
İş şərtləri
Peşəkar iş mühiti;
Könüllü tibbi sığorta, həyat yığım sığortası, idman təminatı;
Rəqabətli əmək haqqı və illik bonus;
Nəqliyyat xidmətləri və nahar.
Maraqlanan namizədlər Müraciət Et düyməsində qeyd olunan link-ə daxil ola bilərlər.