Partnyorlarla iş üzrə mütəxəssis

Müraciət sonu: Avqust 16, 2025
İndi Müraciət Et

İş Təsviri

Tredu

İş haqqında qısa məlumat

Tredu şirkətində partnyorlarla iş üzrə mütəxəssis kimi sizin əsas vəzifəniz təhkim olunmuş məktəblər və partnyorlarla əlaqələrin qurulması və idarə olunması olacaq. Məqsədimiz məktəblərlə sıx əməkdaşlıq edərək dərsdənkənar proqramların uğurla həyata keçirilməsini və keyfiyyətli tərəfdaşlıq mühitinin yaradılmasını təmin etməkdir.
Əsas vəzifə və öhdəliklər

Məktəb rəhbərliyi, koordinatorlar və müəllim heyəti ilə müntəzəm ünsiyyət saxlamaq, əməkdaşlıq şəraitini gücləndirmək
Tredu-nu məktəblərdə təmsil etmək, məktəblərin ehtiyaclarını və gözləntilərini dinləmək
Vendorlarla əlaqə qurmaq, cədvəl uyğunluğu və proqram keyfiyyətinə nəzarət etmək
Proqramların məktəbdə düzgün və vaxtında həyata keçirilməsini təşkil etmək (məkan, material, davamiyyət və s.)
Müntəzəm olaraq məktəblərdən rəy toplamaq və bu rəyə əsasən təkliflər hazırlamaq
Dərs cədvəlləri, elanlar və yenilikləri Tredu platforması üzərindən paylaşmaq
Tərəfdaşlarla müqavilələrin icrasına nəzarət etmək, yarana biləcək məsələləri vaxtında həll etmək
Tələblər

Ali təhsil (təhsil, biznes, ictimai əlaqələr və ya oxşar sahələr üzrə)
1-3 il iş təcrübəsi (məktəblərlə iş, proqram idarəçiliyi və ya əlaqəli sahələrdə üstünlük verilir)
Ünsiyyət və təşkilatçılıq bacarıqları
Komandada işləmə bacarığı və təşəbbüskar yanaşma
MS Office və Google Workspace kimi ofis proqramlarından istifadə bacarığı
Dəqiq, məsuliyyətli və nəticəyönümlü yanaşma
Bu vəzifəyə müraciət etmək üçün zəhmət olmasa CV-nizi/resumenizi Müraciət et düyməsində qeyd olunan elektron ünvanına göndərin.

E-poçtun mövzu hissəsində vəzifənin adını qeyd etməyiniz xahiş olunur.