İş Təsviri
Odunchu mebel şirkəti
İşin təsviri:
İş odunchu mebel fabrikində istehsal planlaması fəaliyyətinin aparılmasından ibarətdir. Ofis Hövsan qəsəbəsində yerləşir.
Vəzifə öhdəlikləri:
Təchizat və istehsalat tədqiqatları əsasında müəyyən edilmiş məlumatlara söykənərək planlaşdırmanın həyata keçirilməsi;
Xammal-material hissələrinin təmin olunması;
Tədarükçü araşdırılması, məhsul analizlərinin aparılması;
Hazır məhsul, xammal və material qalıqlarına istehsal və satış planı əsasında nəzarət olunması;
Resursların düzgün bölüşdürülməsini təmin etmək və vaxtında icranı izləmək;
Gecikmələrə və resurs çatışmazlıqlarına dair analizlər aparmaq və həll yolları təklif etmək;
Rəhbərliyə aylıq, rüblük və illik hesabatların hazırlanıb təqdim edilməsi.
İşin tələbləri:
Ali təhsil (İqtisadiyyat, Menecment, Mühəndislik, Maliyyə və ya uyğun sahə);
MS Office proqramlarında işləmək bacarığı (xüsusilə Excel);
Analitik düşüncə və problem həll etmə bacarığı;
Komanda ilə işləmə və kommunikasiya bacarığı.
Xaricə səfər etmək məhdudiyyətinin olmaması.
İş şəraiti:
İş qrafiki: Bazar ertəsi – Şənbə
Əmək haqqı müsahibə zamanı təyin olunacaq
Ünvan: Hövsan qəsəbəsi
Əmək qanunvericiliyinə uyğun rəsmiləşmə