İş Təsviri
EndorfinMed
Vəzifə öhdəlikləri:
Şirkətin satışını həyata keçirdiyi tibbi məhsullar üzrə bazar araşdırmalarının aparılması
Məhsullar üzrə strateji planlaşdırma və inkişaf strategiyalarının hazırlanması
Tibbi vasitələrin satış menecerlərinə və digər əməkdaşlara düzgün və effektiv təqdimatının təşkili
Həkimlər və səhiyyə müəssisələri ilə görüşlərdə iştirak edərək məhsulun texniki üstünlüklərinin təqdimatı
Tibbi tədbirlər, konfranslar, sərgilər və təlimlərdə iştirak və təşkili
Rəqib məhsulların təhlili və bazardakı dəyişikliklərin izlənməsi
Marketinq materiallarının hazırlanması və uyğunluğunun təmin edilməsi
Satış komandası ilə sıx əməkdaşlıq edərək satış hədəflərinə nail olunmasına dəstək vermək
Tələblər:
Tibb, əczaçılıq, biotexnologiya və ya əlaqəli sahədə ali təhsil
Tibbi məhsullar üzrə marketinq və ya satış sahəsində ən az 2 illik təcrübə (Product Manager təcrübəsi üstünlükdür)
Tibbi sahədə bazar trendləri və rəqabət mühitini anlama bacarığı
Güclü təqdimat və ünsiyyət bacarıqları
Analitik düşüncə və problem həll etmə bacarığı
Azərbaycan və rus dillərini səlis bilmək (ingilis dili üstünlükdür)
Komanda ilə işləmə və təşəbbüs göstərmə bacarığı
MS Office proqramlarında (xüsusilə PowerPoint, Excel) sərbəst işləmə bacarığı
Səfər etmək imkanının olması
Biz təklif edirik:
Rəqabətli əmək haqqı və bonus sistemi
Peşəkar inkişaf və təlim imkanları
Dost və dəstəkləyici iş mühiti
Yenilikçi və böyüməkdə olan sektorda işləmək imkanı