Project Manager

Müraciət sonu: İyul 5, 2025
İndi Müraciət Et

İş Təsviri

Fortis Construction

Vəzifə öhdəliklər:

Layihənin vaxtında və keyfiyyətlə tamamlanması ;
Tikinti proseslərinin idarə edilməsinin təşkil olunması;
Tikinti qanunvericiliyinə əsasən razılaşdırma sənədlərinin alınmasına lazım olan sənədlərin, məktubların hazırlanması və prosesin idarə edilməsi;
Tikinti proseslərinin planının, iş qrafikinin və iş həcmlərinin müəyyən edilməsi;
Tikinti layihəsinin təchizat qrafikinin təşkil edilməsi;
Keyfiyyət parametrlərinə xələl gətirmədən xərclərin optimallaşdırılması və mənfəətin artırılması üçün tədbirlərin həyata keçirilməsi;
Tikinti layihəsinə cəlb edilmiş subpodratçı təşkilatların və Şirkət daxili əmək qüvvəsinin işlərinin koordinasiyasının təşkil olunması;
Təqdim olunmuş layihə-smeta sənədlərində olan uyğunsuzluqların müəyyən edilməsi və aradan qaldırılması üçün təkliflərin hazırlanması;
Sifarişçi və layihə təşkilatları arasında koordinasiya funksiyalarının icra olunması;
Tələb olunduqda icraata təqdim edilmiş tikinti layihəsinin smetasının hazırlanması və təsdiq üçün təqdim edilməsi;
Sahədə yerinə yetirilmiş tikinti işlərinin Forma-2 sənədlərinin təsdiq olunması;
Layihə üçün aylıq Forma-2 sənədlərinin hazırlanmasını ;
Tabeliyində olan sahə mühəndisləri/iş icraçıları tərəfindən hazırlanmış texniki hesabatların təsdiq olunması və baş ofisə təqdim edilməsi;
Xarici və ya yerli sifarişçi ilə keçirilən toplantılarda Şirkətin təmsil olunması;
Layihə üzrə işlərin əhatə sahələrini, məqsəd və hədəflərini, tamamlama və çatdırılma müddətlərini müəyyən və onlara nail olunması üçün bütün resurslardan səmərəli istifadənin edilməsi;
Lahiyə çərçivəsində son tarixləri təyin edərək icra üzrə düzgün vəzifə bölgüsünün aparılması və komanda işinin idarə edilməsinə nəzarət;
Tələblər:

Müvafiq sahədə ali təhsil;
Tikinti üzrə Layihə rəhbəri kimi ən azı 5 il iş təcrübəsi;
Yüksək səviyyədə Azərbaycan dili və rus dili biliyi (ingilis dili arzuolunandı);
Project Management Professional (PMP) üzrə sertifikat;
Microsoft Office, AutoCAD, Primavera, Revit proqramlarını yüksək səviyyədə bilmək və internet resurslarından (Aİ (süni intellect) mükəmməl istifadə bacarığı;
Effektiv şifahi və yazılı peşəkar kommunikasiya bacarığı;
Analitik, strateji düşünmə və problemlərin öhdəsindən asanlıqla gəlmək bacarığı;
Tikinti işlərində işlərin, avadanlıqların planlaşdırılması və koordinasiyası üzrə təcrübə.
Fərdi və komandada işləmək bacarığı
Peşəkar münasibətlərin qurulması
Dəqiqlik və operativlik.
Əmək haqqı: Namizədin bilik, iş təcrübəsi və şəxsi keyfiyyətləri əsasında təyin olunacaq