Qəbul və qeydiyyat şöbəsi meneceri

Vaxtı bitib.

İş Təsviri

Arena Hotel Group

Vəzifə öhdəlikləri:

Ön Büro, Qonaqlarla Əlaqələr, Qonaq Xidmətləri və Rezervasiya daxil olmaqla Ön Bürodakı bütün işçiləri istiqamətləndirmək;
Gələn qonaqlar üçün otaqları bloklamaq və hər hansı uyğunsuzluğun aradan qaldırılmasını təmin etmək.;
Xüsusi Qonaqlar və Qruplarla düzgün kommunikasiyanı təmin etmək üçün gündəlik gəlişləri nəzərdən keçirmək;
Yüksək standardları qorumaq üçün Hotelin Ön Bürosunun əməliyyatlarının idarə edilməsinə cavabdeh olmaq;
Qonaqların məmnuniyyət səviyyəsini qiymətləndirmək və tendensiyaları izləmək;
Qonaqların şikayətlərini təhlil etmək, araşdırmaq və müsbət istiqamətdə həllini təmin etmək;
Müvafiq onlayn platformalarda müştəri məmuniyyətini təqib etmək və müştəri məmuniyyətinin artırılması üçün tədbirlər planı hazırlamaq;
Bütün maliyyə və kredit prosedurlarına əməl olunmasını təmin etmək;
Bütün əməliyyatların və nağd pul əməliyyatlarının siyasət və prosedurlara uyğun həyata keçirildiyinə əmin olmaq;
Qonaq otaqlarının inventarını və daimi yoxlanışını həyata keçirmək;
Xidmət Standardları və Prosedurlarını tətbiq etmək üçün işçilərə təlimlər vermək;
Xidmət keyfiyyətinin artırılması üçün lazım olduqda Ön Büro işçilərinə dəstək vermək;
Təsərrüfat və Texniki dəstək şöbəsi ilə daim əlaqədə olmaq;
Bütün işçilərin müvafiq sahələrdə təlim keçməsini təmin edərkən qiymətlər, tariflər, xüsusi təkliflər, paketlər, proqramlar və s. haqqında ətraflı məlumatlandırmaq;
Rəhbəri olduğu şöbə əməkaşlarının müvafiq növbələrə əsasən işə cəlb edilməsini daim qeydiyyat cədvəlləri ilə tənzimləmək;
Planlaşdırılmış Performans Qiymətləndirmələrini aparmaq və lazım olduqda işçilərə həm müsbət, həm də konstruktiv real vaxt rejimində rəy vermək;
Tələb olunan bilik, bacarıq və təcrübə:

100 və daha çox otaq sayı olan hoteldə minimum üç il ön büro təcrübəsi;
Minimum bir il eyni sahədə idarəetmə təcrübəsi;
Xoş görünüşlü, gülərüz, detallara fokuslu, pozitiv, konfliktləri həll etmək, liderlik bacarığı, mövcud problemin həllini yerində tapmaq;
Yüksək liderlik, müsbət, aydın danışıqla qonaqlarla aydın və birbaşa ünsiyyət qurmaq bacarığı;
Müvafiq və ya yaxın sahədə Ali təhsil;
Azərbaycan, ingilis – əla (Rus dili biliyi əlavə üstünlükdür)
Elektra proqramı üzrə təcrübə;
Kompüter və ofis texnikasından yaxşı istifadə bacarığı;
Stressə davamlı olmaq, təzyiq altında effektiv işləmək bacarığı
Ünvan: Quba şəhəri

Əmək haqqı: Razılaşma yolu ilə