Qeydiyyatçı/Koordinator (klinika)

Müraciət sonu: İyun 25, 2025
İndi Müraciət Et

İş Təsviri

SwissDent

İş barəsində:

Pasiyentlər üçün komfortlu, planlı və sürətli müalicə şəraitinin təşkili və təmini
Pasiyentlərlə klinika daxili və müalicə sonrası ünsiyyətin qurulması
Ziyarət zamanı pasiyentlərin klinika daxili hərəkətinin təşkili və nəzarətdə saxlanılması
Müalicə planının qeydiyyatının aparılması
Müalicə planının tərkibi, mərhələləri, ödəniş üsulları haqqında pasiyentlərin məlumatlandırılması
Xəstələrin müayinəsi və müalicəsi zamanı pasiyenti müşayiət
Xəstələrə klinika xidmətlərinin və müalicə variantlarının təqdimatı və satışının təmini
Xəstə məmnuniyyətinin və loyallığının təmini və artırılması
Tələb olunduğu qaydada müvafiq hesabatların hazırlanması
6 günlük iş rejimi
Tələblər:

Ali təhsil
Profil üzrə iş stajı tələb olunmur
Xanım namizədlərə üstünlük veriləcək
MS Office (Word, Excel, Outlook) proqramlarında işləmə bacarığı
Azərbaycan dilində səlis danışıq, Rus dili arzu olunandır
Yüksək səviyyədə müştəriyönümlülük və ünsiyyət qabiliyyəti (səlis nitq, empatiya qurma, dinləmə)
Təşkilatçılıq və problem həll etmə bacarığı
Biznes etikaya həssaslıq, stressə davamlılıq, komandada işləmə qabiliyyəti
Satış və marketinqdə iş təcrübəsi üstünlükdür